Yuxarı

Millət vəkilinin kitabının təqdimatı keçirildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın “Addım-addım Albaniya” kitabının onlayn təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, təqdimatın aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı kitabın türk-islam mədəniyyətinin izlərini, bizə doğma və mənəvi cəhətdən aid olan mədəniyyət abidələrinin mövcud olduğu Albaniya Respublikasını tanıtdığını bildirib:

“Bu Balkan ölkəsinin tarixinə və coğrafiyasına, çağdaş durumuna və sabahına ayna tutan kitabda tarix və çağdaşlıq, ümidli gələcək mövzusu, həm də bir ölkə tanıtımının gərəkdirdiyi digər özəlliklərə önəm verilib. Müəllif Albaniyanın tarixi keçid məqamlarını, ictimai-siyasi formasiya dəyişiklərini maraqlı tablolarla göz önünə gətirir”.

Kitabın müəllifi – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva onlayn təqdimatın təşkilatçılarına, millət vəkili həmkarlarına və bütün iştirakçılara təşəkkür edərək, bu əsəri Albaniyaya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü kimi səfər etdiyi vaxtlarda yazmağa başladığını bildirib:

“AŞPA-nın seçkiöncəsi missiyası tərkibində Albaniyaya gedəndə bu ölkəni o qədər də maraqlı təsəvvür etmirdim. Doğrudur, Balkanlarda yerləşən bu ölkənin nə üçün Albaniya adlandırılması məni həmişə maraqlandıran bir mövzu olmuşdur. Əminəm ki, Qafqaz Albaniyası ilə Balkanlardakı Albaniya arasında yalnız ad eyniyyəti deyil, tarixi bağlar olduğu da zamanla araşdırılacaq və Albaniya özünün Tur Heyerdalını yetişdirəcəkdir”.

Sözünə davam edən müəllif bildirib ki, Tiranaya uçarkən təyyarədə Haluk Dursunun “Nildən Tunaya Osmanlı yazıları” adlı kitabından Albaniya ilə bağlı bölümü yenidən oxuyub, türklərin fəth etdiyi və 500 il hökm sürdüyü Rumeli torpaqlarının gözəlliklərini gözünə, könlünə doldurub, ruhunu yaxından duymağa çalışıb:

“Beləliklə “Addım-addım Albaniya” ərsəyə gəldi və nəhayət, ötən il bu kitabı nəşr etdik”.

Q.Paşayeva Albaniyanın bektaşiliyin mərkəzi olmasından, Qazi Sarı Saltukun məqamından, Albaniyanın dünyaca ünlü Nobel Sülh Mükafatı laureatı Tereza Ananın vətəni olmasından, eləcə də Azərbaycan-Albaniya ikitərəfli əlaqələrindən, ölkələrimiz arasındakı ali səfərlərdən, əlaqələrimizin müqavilə-hüquq bazasından, iqtisadi sahədə işbirliyindən, özəlliklə humanitar işbirliyindən danışıb.

Millət vəkili, Azərbaycan-Albaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əhmədova, millət vəkili Vüqar İsgəndərov, kitabın redaktoru, Sumqayıtdakı Əli Kərim adına Poeziya Evinin direktoru İbrahim İlyaslı, tanınmış kərküklü araşdırmaçı-yazar Şəmsəddin Kuzəçi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Parlament Jurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlı, AYB-nin “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin başqanı İlham İsmayılov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, Mədəniyyət Nazirliyi İctimai Şurasının üzvü Davud Rəhimli onlayn təqdimatda çıxış edib.

Onlayn təqdimat ADPU Quba filialının texniki dəstəyi ilə baş tutub və filialın sosial media hesabları üzərindən canlı yayınlanıb.

Tarix
2022.03.11 / 17:33
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı və Moskva gərginliyi bitməlidir: məsələni bağlayaq!

İran və Pakistan XİN başçıları Xankəndidə görüşdü

Hindistan torpaqlarımızı işğal altında saxlayır, lakin…

Səfərovların qətli ifşa olundu – Solovyov əsəbiləşdi

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi - Canlı

Pezeşkian Xankəndidə İsrailin hücumundan danışdı

Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır...

Ermənistandan deport olunmuş azərbaycanlıların hüquqları...

Dəfələrlə dedik, ciddi qəbul etmədilər, indi isə peşmandılar

Çin elan etdi: Rusiya müharibədə məğlub olsa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla