Yuxarı

Yazarımızın əsəri nüfuzlu antologiyada

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazarımızın əsəri nüfuzlu antologiyada

Şair, esseist və tərcüməçi Nicat Məmmədovun "Axın" ("Struenie") essesi ingilis dilinə tərcümə olunaraq nüfuzlu "Best European Fiction 2016" antologiyasında çap edilib.

Axar.az xəbər verir ki, Dalkey Arxiv Press nəşriyyatının redaktor köməkçisi, Pensilvaniya Universitetinin müqayisəli ədəbiyyatşünaslıq üzrə doktoru və sözügedən antologiyanın tərtibatçısı N. Davis bədii tərcüməyə həsr olunmuş "Asymptote" beynəlxalq jurnalına müsahibəsində "Əvvəllər yetərincə təmsil olunmamış regionlara, dialektlərə, yaxud ədəbi ənənələrə aid hansı yazılar sizdə xüsusi heyranlıq oyatdı" sualına belə cavab verib:

"Builki "Best European Fiction" antologiyasında Azərbaycan ilk dəfə təmsil olunur. Bu vaxta qədər biz Azərbaycandan heç bir təklif almamışdıq, amma mən oranın Yazıçılar Birliyi ilə əlaqə yaratdım və onlar mənə üç müəllifin ingilis dilinə tərcümə edilmiş əsərlərini göndərdilər.

Göndərilmiş əsərlər içindən mən Bakıda yaşayan gənc yazar Nicat Məmmədovun yazısını seçdim. Bu əsər inanılmaz eksperimental fəlsəfi poetik nəsr tərzində yazılıb. Məmmədovun əsərini oxuyanda dərhal anladım ki, bu yazı antologiyaya daxil edilməlidir".

Tarix
2015.12.03 / 12:28
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla