Yuxarı

Üstümə bomba bağlayıb getməmişdim...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üstümə bomba bağlayıb getməmişdim...

Beynəlxalq Muğam Mərkəzinə üstümə bomba bağlayıb getməmişdim. Şahidim də var, istəsəniz, Aqşin Evrəndən soruşa bilərsiniz. Bir də özümə söz vermişdim ki, danışacam... Danışdım, sadəcə, təşkilatçılara təşəkkür elədim.

Sözün əsil mənasında dilim qurudu. Katolik, pravoslav, musəvi, yəhudi, islam, bir sözlə, bütün dinlərin, təriqətlərin nümayəndələrini bir arada görüb heyrətdən susdum, vallah, dilim tutuldu. Ağlımdan iki kəlmə söz keçdi: Bura Azərbaycandır.

"Quran motivləri əsasında hekayələr müsabiqə"sində indiyə qədər görmədiklərimi gördüm. Qaliblərə pul mükafatlarından əlavə, müxtəlif hədiyyələr də verildi. Yəhudi qardaş qaliblərdən birinə cərəyanla işləyən çıraq hədiyyə elədi. Katolik, həmin qalibə: "Yəhudi qardaşımız sənə cərəyanla işləyən çıraq hədiyyə verdi. İşıqlar sönüb eləsə, mənim hədiyyəmdən – neftlə işləyən lampadan istifadə eləyərsən", - deyib güldü, hamını güldürdü. Bəli, bura Azərbaycandır.

Müsabiqənin təşkilatçılığı yüksək səviyyədə. Sıxılmaq yox, sıxmaq yox, ədəbi müsabiqələrlə bağlı bütün düşüncələrim alt-üst olub, təsəvvür edirsiniz? Heyrətamizdir.

Mənimçün ədəbiyyat müsabiqələri bir neçə kateqoriyaya bölünür:

1. Mətnaltı xüsusi məqsədlərə alət edilən müsabiqə.

2. Pinti müsabiqə.

3. Kirli müsabiqə.

4. Paslı müsabiqə.

5. Qara-qura müsabiqə.

6. Ala-bula müsabiqə.

7. Qoçu-qoçu müsabiqə.

8. Qohum-əqrəba müsabiqə.

9. Tanış-tunuş müsabiqə.

10. Mübahisəli müsabiqə.

Saymaqla qurtarmaz, başınızı ağrıtmayım. Bir sözlə demək istəyirəm ki, təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Bu, əsil ədəbiyyat müsabiqəsi idi. Hekayəmsə təkcə Quran motivləri əsasında deyildi. Doğrudur, hekayənin xəmirini bir neçə Quran ayələri ilə yoğurmuşdum, amma xəmiri yoğurmaq üçün su da tökmək lazım idi. Mən də eləməyib tənbəllik Talmud əfsanələrinə baş vurdum. Üstünü toz basmış islam inanclarının tozunu aldım. Ramazan ayında kainatın dərinliklərindən ilham alan hamarlanmış, günahlardan arındıran möcüzəli ay işığı ilə bir az da işıqlandırdım hekayəmi. Talmuddakı Lilitlə (yəhudi əfsanələrində Hz. Adəmin cin qövmündən olan birinci arvadı, uşaqları oğurlayan cin, kişiləri məst edən cazibədar cin və s.), fransız əsilli Jasmin Qrandvalın (Bataqlıq çiçəyi) başqa-başqa coğrafiyalarda zühur edən bölünməz mədəniyyət hadisəsi inancımı yoğurub yapdım hekayədə. Bunu həm də, dünya insanlarının dillərinin və dinlərinin ayrı olmasına və bu fərqliliyi dönüb-durub şişirtmələrinə, mesaj olaraq yazdım. Bir az tələsik yazdım, yazdım... Nənəm deyərdi ki, ilanın qarasına lənət oxu, ağına lənət oxuma. Ağ ilanlar mələklərdir. Onda mən ağ ilanı mələk bilirdim. Sonralar ağ ilan şamançılıqda qarşıma elə formada çıxdı ki, nitqim qurudu. Ağ ilan həm də şamançılıqda qamçıymış. Qiyamət günündə qamçı da, ağ ilan da öləcək və əminəm ki, hamı və hər şey bir ağızdan Rəhman surəsinin 33-cü ayəsini oxuyacaq. Bağlı qapılar arxasındakı sirlər açılacaq. Hz.İsa "Satrullah"da öz taxtına oturub Allah olmadığını deyəcək. Yəhudanın günahkar və ya günahsız olmadığı da bilinəcək. Muğam mərkəzində keçirilən müsabiqədə olduğu kimi, hamı yanaşı oturub yanaşı duracaq.

Mükafatlandırma mərasiminə həqiqətən üstümə bomba bağlayıb getməmişdim. Amma partlayacaqdım, hacı pravoslavla yanaşı oturmasaydı, katolik yəhudiyə qardaş deməsəydi, vallah, partlayacaqdım. Partlamadım.

Tarix
2016.05.13 / 12:01
Müəllif
Elçin Aslangil
Digər xəbərlər

Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla