Fevralın 24-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC)
Fransadakı nümayəndəliyi Parisdə XVIII əsrə aid tarixi abidə
sayılan "Église Saint-Roch" kilsəsində Xocalı anım konserti təşkil
edib.
Konsertə xarici diplomatlar, Azərbaycanın dostları və musiqi
sevərlərdən ibarət 260 qonaq qatılıb. Konsert proqramında
Azərbaycan və Avropa klassik musiqisinin zəngin nümunələri yer
alıb. Bu əsərlər 1992-ci il, fevralın 26-da Xocalıda baş vermiş
qırğın zamanı 613 nəfər dinc sakinin xatirəsini ithaf olunub.
Konsertdən əvvəl AAC-nin Fransadakı nümayəndəliyinin rəhbəri
Eliza Piter tədbir iştirakçıları qarşısında çıxış edərək bildirib
ki, Xocalı qətliamı gənc, müstəqil Azərbaycanın tarixində ən
kədərli səhifədir: "Biz həlak olmuş insanların xatirəsini heç zaman
unuda bilmərik".
Sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edilib. Azərbaycanlı skripkaçı Sabina Rakçeyeva, suriyalı klarnet
ustası Kinan Azmeh və "Solstiş Strinq" kvartetinin müşayiəti ilə
"Xocalı 613" adlı möhtəşəm əsərin simli kvartet üçün
uyğunlaşdırılmış versiyası ifa olunub. Qeyd edək ki, AAC-nin
sifarişi ilə fransız bəstəkarı Pyer Tilloyun bəstələdiyi əsərin
premyerası ötən il olmuş və müvafiq olaraq "Victoires de la Musique
Classique"nüfuzlu mükafatına layiq görülüb.
Konsert zamanı çıxış edən fransız bəstəkar Pyer Tilloy deyib:
"Mən Azərbaycanın daimi ziyarətçilərindənəm və mənim qəlbimdə
Azərbaycanın öz yeri var. Mən bu iki xalqın arasında barışığın
olacağına inanıram və həlak olmuş insanların xatirəsini yad etmək
üçün "Xocalı 613" adlı musiqi əsərini orkestr üçün bəstələmişəm. Bu
əsərlə mən istədim ki, həmin dəhşətli gecədə həm cismani, həm də
ruhu ilə əziyyət çəkmiş, hər şeyini, hətta ümidlərini belə itirmiş
o qadın və kişilərin xatirəsini hərtərəfli yad edək. Biz bunu heç
zaman unutmamalıyıq".
Anım konserti Böyük Britaniyada yaşayan azərbaycanlı skripkaçı
Nəzrin Rəşidova və onun qadınlardan ibarət "FeMusa" ansamblının
çıxışı ilə davam edib. Proqramda müasir azərbaycanlı bəstəkar Aqşin
Əlizadənin "Muğam" adlı 4-cü simfoniyasından götürülmüş 3-cü
hissənin Fransa premyerası səsləndirilib. 30 il bundan əvvəl
bəstələnmiş bu əsərdə muğam ifaçılarının səsini, o cümlədən insan
səsinə sözsüz keçid elementlərinin müasir kompozisiyası əks
olunur.
Bu tədbir zamanı Fransa polisi yerli erməni diasporunun radikal
üzvlərinin təhdidi altında işləməli olub ki, bu fakt da tədbirin
daha da təmtəraqlı olmasından xəbər verir. Paris kilsəsində fransız
jandarmasının mühafizəsi altında Pier Tilloyun "Xocalı 613" əsəri
ifa olunarkən xüsusilə kəskin idi.
AAC-nin direktoru Lionel Zetter öz çıxışında bildirdi: "Biz bu
əzəmətli tədbirin problemsiz baş tutmasını təmin etdikləri üçün
Fransa hökumətinə və yerli polisə çox minnətdarıq. Onlar
planlaşdırdıqları kimi kilsəni mühasirəyə almaq əvəzinə öz
vərəqələrini yaxınlıqdakı metro stansiyalarında paylamağa məcbur
qaldılar. Növbəti ilin fevralında Xocalı anım mərasimini yenidən
Parisdə keçirəcəyik".
Qeyd edək ki, AAC-nin yaradıcısı və rəhbəri Tale
Heydərovdur.