Yuxarı

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

3 il 7 aydır davam edən Rusiya-Ukrayna müharibəsində indiki güc balansı məsələsi bir çox insanda suallar doğurur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, burada ən vacib məsələ tendensiyalardır və onları görmək üçün iki əsas sahədən son xəbərləri qeyd etməliyik - iqtisadi və hərbi:

“24 sentyabrda Rusiya Maliyyə Nazirliyi ƏDV-ni 20%-dən 22%-ə qaldıracağını elan etdi. Bu qərar bütün sahələri əhatə edəcək və nəticə etibarı ilə mağazadaki bütün mallar, bütün xidmətlər bahalaşacaq. Əgər bu günə qədər Rusiya müharibə nəticəsində büdcədə yaranan defisiti Milli Rifah Fondundan (bu fonda uzun illər ərzində neft-qaz satışından pullar yığılırdı) bağlaya bilirdisə, indi artıq bunu edə bilmir və ƏDV-ni qaldırmaq məcburiyyətindədir. ƏDV-nin 2% qaldırılması Rusiya büdcəsinə əlavə təxminən 12.5 milyard dollar gətirəcək. Rusiya iqtisadiyyatının durumu o yerdədir ki, cəmi 12.5 milyard dollara görə ƏDV-ni qaldırmağa məcburdur.

Ukrayna iqtisadiyyatına gəlincə, uzun rəqəmlərə və statistikaya ehtiyac yoxdur, bircə fakt vəziyyəti izah edir: sentyabr ayında avqust ayı ilə nisbətdə qızıl-valyuta rezervləri 7%, 2022-ci ilə nisbətdə isə 50%-dən çox artdı. O boyda işğala, təcavüzə məruz qalan ölkənin iqtisadiyyatı nəinki çökmədi, hətta aydan-aya rezervləri artır (təbii ki, Qərb müttəfiqlərinin sayəsində)”.

Politoloqun fikrincə, hərbi sahədə də ciddi faktlar var:

“Yəqin ki, Zelenskinin gecə-gündüz Qərb ölkələrindən silahlar istəməsi hər kəsin yadındadır. Rusiya təbliğatı Zelenskini “dilənçi” adlandırırdı. Təbii ki, müharibə gedişində Qərbin Ukraynaya silah yardımlarından əlavə silah istehsalı zavodları tikilirdi, texnilogiyalar verilirdi, ən aparıcı mütəxəssilər gətirilirdi və s.

İndi isə maraqlı xəbər - 29 sentyabrda Ukraynada silah ixracı (!!!) strategiyası təqdim olunacaq. Yəni, Ukrayna artıq dünyaya, özünə lazım olmayan silahların satışına başlayır. Bilirsiniz əsasən hansı silahlardan söhbət gedir? Sualtı dronlardan və tank əleyhinə silahlardan. Niyə tank əleyhinə silahlar USQ tərəfindən az istifadə olunur? Rusiyada qalan tankların sayına baxanda bu sual ritorik kimi səslənir.

İndi təsəvvür edin ki, 4 ilə yaxın o boyda təcavüzə məruz qalan ölkə artıq silah ixracına başlayır”.

Tarix
2025.09.25 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla