"Bu ölkədə bir qrup cahil, həyatda heç bir zaman xeyrli
işlə məşğul olmayan, sadəcə millətin oğul və qızlarına şər-böhtan
atmaqla məşğul olan və bundan zövq alan insan var. Bir neçə gündür
məni nurçuluq təriqətinin mənsubu olmaqda ittiham edirlər və
bununla mənə zərbə vuracaqlarını düşünürlər".
"Axar.az" xəbər verir ki, millət vəkili Qənirə
Paşayeva "nurçu təriqətinə mənsib olması ilə bağlı son vaxtlar
medada yayılan xəbərlərə cavab olaraq sosial şəbəkədə yazdığı
statusu bu sözlərlə başlayıb. Daha sonra millət vəkili
bildirib:
"Ay bədbəxtlər, əvvəlcə sizə xatırladım ki, ölkəmizdə din
azadlığı var və hər kəsin inancına sayğı duyulmalıdır. Hər bir
insan istədiyi təriqətə inana və bağlı olan bilər. Konstutsiyamıza
və qanunlarımıza görə də burada heç bir qanunsuzluq yoxdur.
Başqalarının inancına müdaxilə edib, onu hədəf almaq isə ciddi
qanun pozuntusudur. Mən də hər bir Azərbaycan vətəndaşı kimi
istədiyim təriqətə inanmaqda, daxil olmaqda sərbəstəm və hər hansı
bir təriqətin mənsubu olmaq istəsəm, sizdən və başqalarından bunun
üçün icazə almamalı və hesab verməməliyəm. Əgər hər hansı bir
təriqətin, o cümlədən nurçuluq təriqətinin üzvü olsam, bunu
qorxmadan, açıq şəkildə söyləyərəm. Burada qanunsuz bir şey
olmadığını təkrar siz cahil və xəbis niyyətli insanlara söyləmək
istəyirəm. Nurçuluq təriqətinin üzvü olsam, bunu açıq şəkildə
söyləməkdən çəkinmərəm. Bu gün şok video dediyiniz çıxışı isə mən 1
il əvvəl etmişəm və bir gün məni Beynəlxalq Dil və Mədəniyyət
Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni) çərçivəsində
keçirilən Tükçə Olimpiyadaları - Musiqi Finalında (Türkçe
Olimpiyatları Şarkı Finali) etdiyim çıxışımdan dolayı ittiham
edəcəyinizdən qorxsaydım, o çıxışı etməzdim. Çünki sizdən fərqli
olaraq, mən sifarişlərlə işləmirəm. Məni o festivaldakı çıxışımdan
dolayı ittiham edən bəxbəxtlər, Seyid Yəhya əş-Şirvani əl-Baküvi
həzrətləri ilə bağlı, onun böyük irsi ilə bağlı onlarla tədbirdə,
beynəlxalq konfranslarda çıxış etmişəm. Baküvi ən böyük təriqəti -
Xəlvətiliyi quran şəxsdir. Yəqin savadınız, ya da xəbəriniz
olmayıb, xəbəriniz olsa, məni xəlvətilik təriqətinin üzvü olmaqda
da suçlayardnız. Çünki ən çox çıxışlarımı Baküvi ilə bağlı edirəm
və hətta parlamentdəki çıxışımda da gənclərimizi onun irsini
öyrənməyə çağırmışdım. Son kitablarımda ən çox yazdığım və gənclərə
oxumağı tövsiyyə etdiyim, çıxışlarımda tez-tez sitat çəkdiyim
Həzrəti Mövlanadan da yəqin xəbəriniz yoxdur. Yoxsa məni mövləvilik
təriqətində də ittiham edərdiniz. Bir müddət əvvəl agentliklərdə
Hacı Vəli Bektaş və onun irsi ilə bağlı yazım və çıxışlarım da
getmişdi. Yəqin xəbəriniz olmayıb. Yoxsa bektaşi təriqətinin üzvü
olmaqda da suşlayardınız.
Yəqin 3 il əvvəl Mir Həmzə Seyid Nigari ilə bağlı beynəlxalq
konfranslardakı çıxışlarım da əlinizə düşməyib yoxsa məni
nəqşibəndiyə təriqətində də suçlayardınız. Beynəlxalq Dil və
Mədəniyyət Şənlikləri (Uluslararası Dil ve Kültür Şöleni)
çərçivəsində keçirilən Tükçə Olimpiyadaları - Musiqi Finalında
(Türkçe Olimpiyatları Şarkı Finali) etdiyim çıxışıma gəlincə
insanlara çirkab atmaq və hədəf gösrətməklə məşğul olan Aznews.as
saytı və onun sahibinə, onlara istinadən bu xəbəri yayanlara demək
istəyirəm ki, ey dünyadan xəbərsizlər mən bu çıxışları Bakıda Türk
məktəblərinin festivallarında hər zaman etmişəm xəbəri sizə yenimi
çatıb. İnternetdə ən çox izlənən və bir il əvvəl canlı yayımda
etdiyim çıxışı şok video əldə etmişik kimi yayan bədbəxtlər bir
indiyə qədər o videoya nə qədər insanın izlədiyinə və tarixinə
baxın. Yazıqlar olsun sizə… Bəli, bu gün də hesab edirəm ki,
dünyanın müxtəlif yerlərində açılan türk okulları və Azərbaycandakı
türk okulları insanimiz, türk milləti üçün zərərli deyil xeyirli
işlərlə məşğul olub. Bunu təkcə mən deyil ölkəmizin rəhbərliyi,
Türkiyə prezidenti, baş naziri, bir çox millət vəkilləri də
deyiblər və onların videosunu da internetdən tapa bilərsiniz. Bu
kompaniyanın arxasında dayanan adamları isə çox yaxşı tanıyıram. Bu
kompaniyanın rəhbərlərindən birinə bu sualı verirəm. Əgər bu
məktəblər pis idisə niyə övladınızı orada oxumağa vermişdiniz O
zaman demək sizin övladınız da nurçuluq təriqətinin üzvüdür. Bizi,
bir qrup gənc insanı çeşitli mətbuat orqanları vasitəsi ilə hədəfə
alan bədbəxtlər sizin dərdiniz başqadır bunu bilənlər bilir. Siz bu
ölkəni, onun inkişafını sevmirsiniz, siz sadəcə öz şəxsi
maraqlanızı və mənafeyinizi düşünürsünüz və sizin kimi istedadsız
insanların önünə keçən aydın gənclərə nifrəıt edir və onlara bu
yollarla zərbə vurmaq istəyirsiniz. Amma alınmayacaq, Allah
böyükdür və ölkəmizin sizin kimi böhtançıların sözləri ilə deyil
faktlarla işləyən Millin Təhlükəsizlik Nazirliyi var. Onlar kimin
kim olduğunu çox yaxşı bilirlər. Gücünüz sadəcə əliniz çatan
mətbuat orqanlarında bizi hədəf almağa çatır amma bu reketçiliklə
məşğul olan agentliklərlə sabahdan onlar kimi şantaj deyil, hüquq
müstəvisində danişacağıq. Mənə vurduqları mənəvi ziyana görə
onlardan məhkəmə yolu ilə əldə edəcəyim təzminatı isə ehtiyacı
olanlara hədiyyə etməkdən böyük məmuniyyət duyacam. Bu sizə qısa
cavabımdır, daha geniş cavabımı gözləyin…"
Xatırladaq ki, bu gün "Gülən camaatı"a bağlı bir tədbirdə
2013-cü ildə etdiyi çıxış mediada Qənirə Paşayevanın "nurçu" olması
şübhələri ilə yayılıb.