Yuxarı

Vensə Bakı ilə bağlı minlərlə məktub yazıldı: Nə istəyirlər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vensə Bakı ilə bağlı minlərlə məktub yazıldı: Nə istəyirlər?

Erməni diasporu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfərində (Vensin bu gün Bakıya gələcəyi gözlənilir – red.) diqqəti Araik Arutyunyan və dəstəsinin üzərinə yönəltməyə, onların azad edilməsi tələbini Vaşinqtonun gündəminə daxil etməyə çalışır.

Kilikya katolikosu I Aram, eləcə də Amerika Erməni Milli Komitəsi (ANCA) Vensə Bakıda “erməni əsirlərlə” görüşmək, onların qeyd-şərtsiz azad edilməsi tələbini irəli sürmək çağırışı edib. ANCA-nın başladığı kampaniya ilə Vensin ofisinə minlərlə məktub ünvanlanıb. ABŞ-da fəaliyyət göstərən erməni təşkilatlar, həmçinin erməni diasporunun dəstəklədiyi “insan haqları” təşkilatları analoji müraciətlə çıxış edib. “Qarabağ erməniləri” isə “həmvətənlərimizi azad edin” çağırışı ilə İrəvanda aksiya keçiriblər. Kampaniyanın effektiv olması üçün “xristian təəssübkeşliyi” xüsusilə vurğulanır.

Ermənilərin Vensin diqqətini bura yönəldə bildikləri, ABŞ rəsmisinin də Bakıda bu məsələyə ən azı toxuna biləcəyi mümkün variantdır. Lakin nəticə əldə etmək çətindir, çünki fevralın 5-də keçirilən məhkəmədə hərbi cinayətlər törətmiş şəxslərə hökm oxundu.

Aparılan kampaniya göstərir ki, hərbi cinayətkarlarla bağlı məhkəmə prosesinin Vensin səfərindən öncə yekunlaşması doğru qərar olub.

Bununla məsələnin Vaşinqtonun gündəliyinə daxil edilməsinə imkan verilmədi, hətta Vens Bakıda buna toxunsa belə, ABŞ-da erməni icmasının “çağırışını nəzərə alan” ritorika olacaq.

Tarix
2026.02.10 / 11:10
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla