Yuxarı

Vens Bakıya gəlir: Böyük bir proses başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vens Bakıya gəlir: Böyük bir proses başlayır

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza planlaşdırılan səfəri region üçün mühüm siyasi və strateji məqamlarla müşayiət olunur.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Samir Hümbətov Vensin Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu səfər bir neçə əsas istiqamətdə ciddi proseslərin aktivləşməsinə səbəb ola bilər:

“Diqqət mərkəzində duran əsas məsələlərdən biri 8 avqust 2025-ci il tarixli anlaşmanın icrası ilə bağlıdır. Xüsusilə “Tramp marşrutu”nun istifadəyə verilməsi və bunun regional kommunikasiyalara təsiri səfər zamanı müzakirə edilə biləcək əsas mövzulardandır.

Bununla yanaşı, ABŞ və Azərbaycan arasında strateji müttəfiqlik xartiyasının imzalanması istiqamətində artıq fəaliyyət göstərən işçi qrupunun mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Vensin səfərinin əsas məqsədlərindən biri məhz bu işçi qrupunun indiyə qədərki fəaliyyətinin nəzərdən keçirilməsi və onun daha da aktivləşdirilməsi ola bilər”.

Ekspertin fikrincə, strateji müttəfiqlik çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin bir sıra mühüm istiqamətlər üzrə genişləndirilməsi gündəmdədir:

“Buraya ABŞ-ın Azərbaycana hərbi dəstək məsələləri, siyasi və iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik, hərbi sahədə qarşılıqlı əlaqələr daxildir. Xüsusilə süni intellekt sahəsində birgə layihələrin və texnoloji əməkdaşlığın müzakirəsi real görünür”.

Samir Hümbətov səfər çərçivəsində Azərbaycan-ABŞ-Ermənistan formatında üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələrin aparılması ehtimalının da yüksək olduğuna inanır:

“Düşünürəm ki, Vensin Azərbaycana səfəri çox böyük bir prosesin sürətlənməsinə təkan verə bilər”.

Tarix
2026.02.10 / 11:41
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla