Yuxarı

Ərdoğanın müşaviri Azərbaycana təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir ölkədə böyük islahatlar aparılması üçün mütləq Konstitusiyaya əlavə və dəyişiklik edilməlidir. Ana qanunun dəyişdirilməsi üçün isə mütləq referendum keçirilməlidir.

Bu fikirləri Ölkə.az saytına eksklüziv açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hüquq məsələləri üzrə müşaviri Özləm Zəngin sentyabrın 26-da Azərbaycanda keçirilən referendumun nəticələrinə münasibət bildirərkən deyib.

Özləm Zəngin bildirib ki, Konstitusiyaya əlavə və dəyişiklik etmək üçün təkcə parlamentin rəyi kifayət deyil: "Bunun üçün mütləq xalqın rəyi olmalıdır ki, bunun üçün də referendum təşkil olunur. Bu dünyanın demokratik təcrübəsidir. Bu təcrübə həm Türkiyədə, həm ABŞ, həm də digər ölkələrdə geniş yayılıb. Bu baxımdan da Azərbaycanda referendumun keçirilməsi müsbət və demokratiya istiqamətində atılan uğurlu addımlardan biridir. İnanıram ki, referendumun nəticələri Azərbaycan xalqı üçün böyük töhfələr verəcək".

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Özləm Zəngin Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu söyləyib.

Özləm Zəngin Türkiyədə törədilən 15 iyul qiyama cəhdlə bağlı Azərbaycan dövlətinin verdiyi dəstəyə görə təşəkkür edib:

"Mən Azərbaycan xalqına və dövlət rəhbərliyinə 15 iyul hadisələri ilə bağlı verdiyi böyük dəstəyə görə təşəkkür edirəm. Bildiyim qədər, Azərbaycanda keçirilən referenduma çıxarılan məsələlərdən biri də hərbi birləşmələrin vahid komandanlıq altında birləşməsi ilə bağlıdır. Türkiyədə bu addım atıldı. Bu, dünyanın bir çox ölkələrində atılıb. 15 iyul hadisələri bir daha göstərdi ki, hərbi birləşmələr bir komandanlıq altında birləşməlidir. Bu, həm də sabitlik və demokratiyanın inkişafına təminat yaradır".

Ərdoğanın müşaviri Azərbaycanda FETÖ terror təşkilatına qarşı atılan addımlara da münasibət bildirib:

"Azərbaycanda bununla bağlı işlər görən şəxslərdən Allah razı olsun. Bu çox əhəmiyyətli məsələdir. Çünki FETÖ terror təşkilatı təkcə Türkiyəni təhdid etmir. FETÖ terror təşkilatı başda qardaş Azərbaycan olmaqla, zəngin təbii ehtiyatlara malik olan bu coğrafiyada yerləşən ölkələrdə mövcuddur. FETÖ üzvlərinin burada yerləşdirilməsi prosesi 20 ilə yaxın tarixi dayanır. Təbii ki, FETÖ terror təşkilatı bunu təkbaşına etməyib, xaricdən dəstək alaraq öz adamlarını bu ölkələrdə yerləşdirib. Çox təəssüf ki, bu adamları özümüzdən biri sandığımız üçün FETÖ terror təşkilatı üzvlərini tanıya bilməmişik. Əslində, FETÖ terror təşkilatı çox təhlükəlidir. Bu baxımdan da Azərbaycanın tez bir zamanda hərəkətə keçərək, FETÖ terror təşkilatına bağlı qurumları, o cümlədən media orqanlarını və məktəblərini bağlaması çox əhəmiyyətlidir. Bu həm də Azərbaycanın və Türkiyənin gələcəyi üçün vacib əhəmiyyət kəsb edir. Rusiya isə FETÖ terror təşkilatına qarşı vaxtında addım atan ölkələrdən biridir. Düşünürəm ki, FETÖ terror təşkilatının fəaliyyətini bütün dünyaya çatdırmaq lazımdır. Buna görə Türkiyə çox pis günlər keçirdi və FETÖ terror təşkilatının törətdiyi əməlləri bütün dünya gördü. Bu çətin günlərdə Türkiyəyə verdiyi böyük dəstəyə görə mən qardaş Azərbaycana bir daha təşəkkür edirəm".

Tarix
2016.10.05 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

Pakistan səfirindən Zəngəzur açıqlaması: Bir neçə seçim...

Prezidentlərin geniş tərkibdə görüşü: Sənəd mübadiləsi... - Foto

Prezidentlər Şuşada təkbətək görüşdü

BƏƏ prezidenti Şuşada belə qarşılandı - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla