Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov,
Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə
oktyabrın 15-dən 24-dək Avstraliyada səfərdə
olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata
görə, millət vəkilləri Avstraliyanın Pert şəhərində Azərbaycanın
Fəxri Konsulluğunun açılış mərasimində və qərbi Avstraliyada
Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilmiş,
ölkənin müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirlərə
qatılacaqlar.
Səfər çərçivəsində deputatlar Avstraliya parlamentində olacaq,
burada Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş geniş
tədbirdə iştirak edəcəklər. Səfər müddətində nümayəndə heyətinin
parlament və hökumət üzvləri ilə bir sıra görüşləri də nəzərdə
tutulub.