Yuxarı

Rəbiyyət Aslanova Suriyadakı azərbaycanlılardan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəbiyyət Aslanova Suriyadakı azərbaycanlılardan danışdı

Suriyada gedən döyüşlərdə iştirak etmək üçün həmin ölkəyə gedən azərbaycanlılar geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar.

Bunu jurnalistlərə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

R.Aslanova qeyd edib ki, Suriyaya gedən azərbaycanlılar qanunlarımızın əsas müddəalarını bilməlidirlər: "Suriyaya gedən insanlarımızın da geri qayıdacağına inanıram. Onlar geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan vətəndaşlarının bu gün Suriyada başlarına gələnlər, hər bir ölüm xəbəri bizi narahat edir. Övladları Suriyaya gedən valideynlərin də vəziyyətini başa düşürəm. Heç bir ana övladının xarici ölkədə ölməsini istəməz".

Komitə sədri bildirib ki, Suriyaya Azərbaycan gənclərinin getməsi prosesi artıq dayanıb.

Onun sözlərinə görə, hazırda Suriyada müxtəlif qruplaşmaların tərkibində olan azərbaycanlı gənclər öncədən bu ölkəyə gedənlərdir: "Gənclərimiz bilməlidirlər ki, muzdla başqa ölkələrdə vuruşmaq qanunun əsas müddəalarının pozulması deməkdir. Bu gənclərin belə bir yol seçmələrində qanunları bilməmələri, məlumatsızlıqları əsas rol oynayıb".

R.Aslanova əlavə edib ki, gənclərimiz müəyyən qüvvələrin təsiri altında bu yola düşüblər: "Hazırda gənclərin maarifləndirilməsi istiqamətində işlər aparılır, qanunlarımız sərtləşdirilib".

O, qeyd edib ki, gənclərimizin Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşməsi ölkələr arasındakı münasibətlərə də pis təsir edir. (ANS)

Tarix
2014.03.29 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla