Yuxarı

Axar.Az Logo

“Səfir o zaman öldürülsəydi...” – Nyu York Tayms

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Rusiya səfirinin qətli I Dünya müharibəsinin başlaması ilə nəticələnən hadisəyə – Avstriya hersoqu Frans Ferdinandın öldürülməsinə bənzəyir. Səfirin ölümü bütün dünyaya həyəcan təbili çaldı, nəticələrin necə olacağı barədə suallar yaratdı.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzetində rusiyalı səfir Andrey Karlovun qətli barədə yazılan məqalədə qeyd olunub.

Yazıda səfiri güllələyən şəxsin “Hələbi unutmayın, Suriyanı unutmayın”, deyə qışqırması qabardııb. Bu yolla onun qiyamçıları bombalamaqda hökumətə yardımçı olan Rusiyadan qisas aldığı istinsa edilməyib:

“Amma ortaya başqa suallar çıxır: bu qətl Türkiyə, Rusiya və ABŞ üçün nə deməkdir? Bu hadisə Rusiya ilə Türkiyə arasında münaqişəyə səbəb ola bilərmi?

Sonuncu sualın cavabını rəsmilər verib. Qətldən sonra danışanların hamısı – türklər də, ruslar da barmaqlarını bir-birinə deyil, ümumi düşmənə tərəf uzadır, eyni sözləri – münasibətlərə xələl gətirmək istəyən düşməni birgə axtarıb tapacaqlarını dedilər”.

Atlantik Şurada Türkiyə üzrə ekspert Aaron Steyn qəzetə açıqlamasında səbəbin bütün hallarda Suriya üzərində dayandığını deyib:

“Rusiya ilə Türkiyə son vaxtlar Suriya məsələsində bir araya gəlib strategiyalarını birləşdiriblər, çünki bu, onların ikisinə də sərf edir. Hərbi maraqlarını təmin etməkdən ötrü Türkiyənin Rusiyaya ehtiyacı var. Rusiyaya isə Türkiyə Suriyada qələbə qazanmağa lazımdır. Yəni hərənin öz səbəbi var.

Səfirin qətli hər iki ölkənin Suriyadakı dayaqlarına zərbə vura, aradakı gərginliyi qaytara bilər. Tərəflər də elə bunun qarşısını almaqdan ötrü birgə fəaliyyət göstərirlər”.

Ekspertin sözlərinə görə, hər iki ölkənin Suriyadakı maraqları toqquşsa da, Ankara-Moskva xəttində ciddi münaqişə gözlənilmir:

“Rusiya ilə Türkiyə Suriyada fərqli mövqeləri müdafiə edirlər. Rusiya Prezident Bəşər Əsədin müttəfiqidir, Türkiyə isə ona qarşıdır.

Ötən il Suriyanı bombalayan rus təyyarələrindən birinin vurması iki ölkə arasında dərin böhran yaratdı. Səfir o zaman qətlə yetirilsəydi, münaqişə bir az da genişlənər, müharibə təhlükəsi real olardı.

Türkiyənin Suriya strategiyasını dəyişən kürd separatçıları oldu. Suriya kürdlərinin Türkiyə sərhədləri yaxınlığında böyük ərazilərə yiyələnməsini önləməyə çalışan Türkiyə sükanı Rusiyaya tərəf çevirməli oldu. Çünki Rusiyanın müharibəyə qoşulması Türkiyənin strategiyasının uğurlu olmayacağından xəbər verirdi. Rusiya da qiyamçılara üstün gəlməkdən ötrü onlara yardım edən Türkiyəylə düşmənçilikdənsə, dostluğun daha sərfəli olduğunu anladı.

Beləliklə, Rusiya ilə Türkiyənin qeyri-rəsmi anlaşma əldə etdiyini güman etmək olar: Türkiyə qiyamçılara yardımını dayandırır, Rusiya isə kürd separatçılarına. Üstəlik, Rusiya Türkiyənin sərhədləri yaxınlığındakı Suriya torpaqlarına müdaxiləsinə, kürdlərin İŞİD yaraqlılarının əlindəki əraziləri tutmasına imkan verir.

Siyasətin dəyişəcəyi barədə nəsə deməyə, hələlik, əsas yoxdur. Əksinə, səfirin öldürülməsinin Rusiya-Türkiyə müttəfiqliyini bərkidəcəyini söyləmək olar.

Bu hadisədə ən çox itirən Vaşinqton olacaq. Məntiqsizdir, amma belədir. Ərdoğan hökuməti qətldə ABŞ-a sığınmış dini lider Fətullah Güləni günahlandıracaq, yenə də onun ekstradisiyasını tələb edəcək. Türkiyədə populyar olmayan Birləşmiş Ştatların ekstradisiyadan imtinası isə yenə də Ərdoğan tərəfdarlarının artmasına səbəb olacaq”.

Tarix
2016.12.20 / 14:33
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əli Əsədov Dubay əmirinə məktub göndərdi

Fransada Azərbaycana qarşı ab-hava hökm sürür - Brön

İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV

Bakı bu təşəbbüsdən dərhal imtina etdi – Səbəb

Sərhəd görüşünün əsas müsbət istiqaməti budur - Deputat

İcmadan Mirzoyana cavab: Siyasi əxlaqsızlıq...

5 prinsip əsasında sülh sazişi... - Qafarova

ABŞ-ın əməliyyatın bərpasını dəstəkləməsinin şok səbəbi

Bu, “15 günə sülh” deyil, İrəvanın tələb və şərtidir

İrəvanın güc vektoru Kremlə deyil, Bakıyadır - Arutyunyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla