Yuxarı

AXCP və havadarlarının radikallarla ortaqlığının yeni detalları

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP və onun kurasiyasına daxil olan Milli Şuranın ötən il Nardaranda dövlət çevrilişinə cəhd etmiş radikal dini qrupla əməkdaşlığının yeni detalları ortaya çıxıb.

Publika.az xəbər verir ki, Nardaran hadisələri ilə bağlı məhkəmə prosesində dünyəvi, konstitusion rejimin silahlı üsyan yolu ilə dəyişdirilməsi cəhdi üzrə faktların sübuta yetirilməsi, ölkə ictimai rəyinin baş verənlərə obyektiv reaksiyası həmin hadisələrdə maraqlı olan xarici dairələri yenidən hərəkətə keçirib.

Buna paralel olaraq, AXCP və Milli Şura məhz həmin xarici dairələrdən aldıqları sifarişə uyğun olaraq, Azərbaycanın ədliyyə, təhlükəsizlik və daxili işlər sistemlərini mühakimə etmək, məhkəmə hakimiyyətini gözdən salmaq kampaniyasına başlayıbdır.

Məqsəd dövlət çevrilişinə cəhd edən radikal qrupların təmizə çıxarılması, dolayısı ilə Azərbaycan haqqında “anti-demokratiya” imicinin yaradılmasıdır.

Məhkəmə prosesinə müdaxilə

Milli Şuranın “Nardaran işi” adlandırdığı məhkəmə prosesi ilə bağlı bəyanatında Azərbaycanın məhkəmə sistemi ittiham olunur. İddia edilir ki, proses təqsirləndirilən şəxslərin iştirakı olmadan aparılır. İddialar bununla bitmir: “Nardaran məhbusları”nı müdafiə edən şəxslər təqib olunur” kimi yalan ittihamların ardı-arası kəsilmir.

Halbuki, Milli Şura bu ittihamları ilə özünü ifşa etmiş oldu. Çünki silahlı üsyan cəhdinin “əsas qəhrəmanları” Tale Bağırzadə və Abbas Hüseynov məhkəməyə qarşı misli görünməmiş tərbiyəsizliyə yol verərək prosesi pozmağa cəhd ediblər. Bunun özü göstərir ki, bu “qəhrəmanların” iştirakı ilə aparılır. Məhkəmə prosesini pozmaq üçün xüsusi “vəkillər” komandası da aktiv şəkildə çalışır.

Buna paralel olaraq, xaricdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası da proseslərin bir-biri ilə əlaqəsinin olduğunu aydın şəkildə göstərir.

Giorgi Lomsadze və Rebekka Vinsent.

Bu şəxslərin adı Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Hər iki şəxs anti-Azərbaycan kampaniyasının əsas aparıcı fiqurudur. Hazırda silahlı üsyan cəhdini edən “qəhrəmanların” müdafiəsi və Azərbaycana qarşı ittihamları xaricdə təşkil edirlər.

Baş verənlər bir daha təsdiq edir ki, AXCP və “milli şura” öz hakimiyyət ambisiyalarını istənilən qüvvənin köməyi ilə reallaşdırmağa hazırdır. Təsadüfi deyil ki, Nardaran hadisələri vaxtı AXCP və Milli Şuranın rəhbərliyi xüsusi canfəşanlıq edir, sosial şəbəkələrdə radikal çıxışları dəstəkləyir, teokratik rejim qurulması çağırışlarının “demokratiyaya zidd olmadığı” haqda ağlasığmaz tezislər ortaya atırdılar.Bu il təşkil edilmiş mitinqlər bir daha göstərdi ki, faktiki olaraq dünyəvi-demokratik inkişaf tərəfdarı olan elektorat arasında öz sosial dayağı olmayan AXCP öz aksiyalarına əsasən radikal dindarları, ekstremist ünsürləri, xarici dairələrin emissarlarını cəlb etmiş, destruktiv fəaliyyətini Azərbaycanda teokratiya qurulmasını tələb edən xarici media resursları vasitəsilə həyata keçiribdir.

Lakin bu cəhdlər heç vaxt baş tutmayacaq. Çünki Azərbaycan hüquqi, demokratik dövlətdir, ölkədə bütün məsələlər qanunlar əsasında tənzimlənir. Məhkəmə prosesləri qanunun aliliyi prinsipi ilə aparılır.

Tarix
2016.12.23 / 19:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla