Bir müddət əvvəl Bakı Metropoliteni Qapalı Səhmdar
Cəmiyyətinin yaradılması ilə əlaqədar vəzifəsini itirən Tağı
Əhmədova yeni vəzifə təklif edilib.
"Axar.az" "Aznews.az" a istinadən xəbər verir ki, QSC-nin sədri
Zaur Hüseynov Bakı Metropoliteninin sabiq şefi ilə bir yerdə
işləməyi məqsədəuyğun hesab edərək, bununla bağlı yuxarı
instansiyaya təklif ünvanlayıb. Təklifdə qurumun sədr müavini
postuna Tağı Əhmədov təyin olunması istənilir, bununla bağlı
müvafiq əmrin verilməsi xahiş edilir.
Məlumatda bildirilir ki, bu ay ərzində prezident İlham Əliyev
QSC-nin yeni əsasnaməsinin tətbiqi ilə bağlı sərəncam verəcək və
bununla da Tağı Əhmədovun müavin postuna sahiblənməsi
rəsmiləşəcək.
Xatırladaq ki, Tağı Əhmədov Bakı Metropoliteninin rəisi olub. Bu
il fevralın 26-da isə Bakı Metropoliteni və "Azərtunelmetrotikinti"
Səhmdar Cəmiyyəti ləğv edilərək, onların bazasında Bakı
Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurumun sədri isə
Zaur Hüseynov təyin olunub.