"Azərbaycanlı milyarderlər reallıqla hesablaşıb Kremllə
kompromisə getdilər".
"Axar.az" xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti
Mixail Saakaşvili "Haqqın.az" saytına müsahibəsində deyib.
O, Putinin azərbaycanlı milyarderlərdən indiki hakimiyyətə qarşı
istifadə etməyə çalışdığını bildirib:
"Putin Gürcüstan texnologiyasını Azərbaycana münasibətdə də
tətbiq etməyə çalışdı. O, Moskvada yaşayan azərbaycanlı
milyarderləri bir mərkəzə topladı. Bu arada onlar orada daha
çoxdurlar və gürcü milyarderlərindən daha nüfuzludurlar.
Azərbaycanlı milyarderlər reallıqla hesablaşıb Kremllə kompromisə
getdilər. Onlar öz güclərini toplamağa başladılar. Ən əhəmiyyətlisi
isə bu güclərin öz yığıncaqlarını Gürcüstanda keçirmələridir. Bu,
rus pulları və maraqları ilə əlaqəli idi. Əgər biz demokratiyadan
danışırıqsa, bu insanların heç biri onunla ortaq nöqtəyə sahib
deyildilər. Ən azı ona görə ki, Putin Rusiyasında demokratiya
yoxdur. Hazırda Gürcüstanda vəziyyət ağırdır. Əgər Azərbaycan öz
müstəqilliyini itirsə, o zaman bizim ölkə tükdən asılmış vəziyyətdə
qalacaq. Əgər Putin Gürcüstanda etdiklərini Azərbaycanda
təkrarlasaydı, o zaman bizim regionun ölkələri real
müstəqilliklərini itirmiş olardılar".
Qeyd edək ki, Mixail Saakaşvili ukraynalılar qarşısında etdiyi
çıxışlar zamanı Azərbaycanda xarici qüvvələrin dövlət çevrilişi
etməyə hazırlaşdıqlarını dəfələrlə xatırladırdı.