Yuxarı

Axar.Az Logo carnation

“Biz fəxr edirik ki, onun ideyalarını yaşadırıq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Biz fəxr edirik ki, onun ideyalarını yaşadırıq”

Heydər Əliyev dərin iqtisadi islahatların başlanmasına təkan verdi. Bu gün Azərbaycan iqtisadiyyatı bütün parametrlərə görə bütün ölkələr üçün nümunə ola bilər. Son illər ərzində - 2004-cü ildən bu yana ümumi daxili məhsul 3 dəfə artıb, 1 milyon 700 min yeni iş yeri yaradılıb, bütün infrastruktur demək olar ki, yeniləşib. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcdan beş dəfə çoxdur. Valyuta ehtiyatlarımız təxminən ümumi daxili məhsula bərabərdir. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə iqtisadiyyatımızı 37-ci yerə layiq görüb. İnkişafda olan ölkələrin reytinqinə gəldikdə isə Davos Forumu bizi 1-ci, 2-ci yerə layiq görür. Budur, bu gün Azərbaycan iqtisadiyyatı və bizim uğurlu iqtisadi siyasətimiz.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdəki çıxışında deyib. Prezident vurğulayıb ki, bunu sosial siyasətə də aid etmək olar:

“Məktəblər, xəstəxanalar... Hər il beş milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Məncə, heç bir başqa ölkədə belə bir praktika yoxdur. Bizim dövlətimizin sosial siyasəti çox uğurludur. Həmişə demişəm ki, biz bütün işləri xalq üçün edirik və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Heydər Əliyevin neft strategiyası bu gün də davam etdirilir. Onun öz əlləri ilə təməlini qoyduğu Bakı-Tiflis-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi. Ondan sonra Bakı-Tiflis-Ərzurum, daha sonra demək olar ki, həmin xətlə gedən Bakı-Tiflis-Qars dəmir yolu, bu gün Cənub Qaz Dəhlizi. Azərbaycanın qaz yataqları dünya ilə birləşir. Biz dənizləri birləşdirdik. Xəzər dənizini Aralıq dənizi ilə, Qara dənizlə, Adriatik dənizi ilə birləşdirdik. Heydər Əliyevin neft strategiyası bu gün davam etdirilir.

Bakı şəhəri bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bakının müasir rəmzləri yaradıldı. Onlardan biri də Ulu Öndərin adını daşıyan bu möhtəşəm Heydər Əliyev Mərkəzidir. Bu gün Heydər Əliyev Mərkəzinin açılışının beşinci ildönümüdür. Beş il bundan əvvəl biz Heydər Əliyev Mərkəzində ilk görüşü keçirmişdik. Bu, bir müstəqillik, inkişaf rəmzidir. Mənim fikrimcə, müasir memarlıq əsərləri arasında Heydər Əliyev Mərkəzi birinci yerdədir.

Dediyim sözlər bir daha onu göstərir ki, Ulu Öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz – onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”.

Tarix
2017.05.10 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla