Yuxarı

Deputatlarımız Ukraynadakı seçkini izləməyə getməyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mayın 25-i Ukraynada keçiriləcək prezident seçkisini müşahidə etməyə dəvət olunmamışıq.

Ona görə də Milli Məclis deputatlarından Ukraynadakı seçkini izləməyə gedən olmayacaq" – Milli Məclisin aqrar siyasət komitəsinin üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Eldar İbrahimov belə deyib.

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli isə bildirib ki, qurum Ukraynada keçirilən prezident seçkisini müşahidə edib-etməmək haqda qərar verməyib: "Hələlik bununla bağlı hər hansı qərar yoxdur".

Ukrayna Mərkəzi Seçki Komissiyasının Azərbaycana dəvət göndərib-göndərməməsinə gəlincə, Şahin Əsədli bu haqda məlumatının olmadığını deyib.

2013-cü il noyabrın 21-də Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə geniş inteqrasiya sənədləri imzalanması prosesini dayandırıb. Bunun ardınca müxalifət davamlı etiraz aksiyalarına qalxıb, toqquşmalarda 100 nəfərdən çox adam ölüb. Fevralın 22-də prezident Viktor Yanukoviç parlamentin qərarı ilə postundan uzaqlaşdırılıb, mayın 25-nə növbədənkənar prezident seçkisi təyin olunub.

Hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya ölkənin cənub-şərq bölgəsində Moskvaya bağlı qüvvələri onların üstünə qaldırıb və Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra Donetsk, Xarkov, Luqansk vilayətlərində Rusiyanın dəstəklədiyi qüvvələr separatçılıq ocaqları yaradıblar. /Media forum/

Tarix
2014.05.22 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda yürüş: Azərbaycan bayrağı yandırıldı - Video

Sahibə Qafarova zəlzələyə görə Qurtulmuşa zəng etdi

Bakıya qarşı növbəti böhtan: Ona “bəsdir” deyən olacaq?

"Playstation" klublarla bağlı araşdırma aparılır - Muradova

Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə danışdı

Şeyx İspaniyaya gedir

Azərbaycan Ordusu üçün 198 minlik bayraq sifariş edildi

Çinlə imzalanmış sənədlərin detalları açıqlandı

Əfv komissiyasının iclası: Müraciətlərin sayı 700-ü keçdi

Prezidentin Çinə səfəri buna təkan verəcək - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla