Yuxarı

Çili senatorundan Alxanlı ilə bağlı məktub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çili senatorundan Alxanlı ilə bağlı məktub

Çili senatının üzvü cəbhə xəttində Ermənistanın mülki şəxslərin öldürülməsi ilə nəticələnən təxribatını pisləyib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan xalqına dəstəyin ifadə olunduğu və Ermənistanın təcavüzkar siyasətini qınayan məktub Azərbaycanın Çilidəki səfirliyinə göndərilib.

Çili Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri senator İvan Moreyranın ünvanladığı məktubda mülki şəxslərin ölümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ifadə edilib. Senator Alıxanlı kəndində baş verən hadisəni amansız terror hücumu adlandırıb və qəti şəkildə rədd edib.

“Çili-Azərbaycan Dostluq Qrupunun Prezidenti olaraq, sülhün qorunmasına olan dərin etiqadımı və hər şeydən öncə, mülki əhalinin zərər çəkməsinə, xalqları bir-birindən ayrı salan siyasi və ideoloji müxtəlifliyin cəzasını çəkməli olmayan günahsız uşaqların ölümünə səbəb olan şiddətə öz istəklərini həyata keçirmək üçün bir vasitə kimi əl atılmasını birmənalı olaraq rədd etdiyimi təkrar etməliyəm. Şiddətə qarşı səsini çıxarmaq və terrorizmə qarşı mübarizəyə hədsiz bağlılığını bəyan etmək bütün beynəlxalq ictimaiyyətin mənəvi borcudur”, - deyə İ. Moreyra məktubda bildirib.

Tarix
2017.07.11 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla