Yuxarı

SOCAR qiyməti qaldırmaq üçün yarım milyard xərcləyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Benzinin keyfiyyəti artacağı təqdirdə qiymətinin artmaması israfçılıq olar. Keyfiyyətin artması üçün qoyulan investisiyanı hansısa formada əldə etmək, geri götürmək mütləqdir".

Bu sözləri Axar.az-a iqtisadçı ekspert İlham Şaban Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun benzinin qiymətinin yenidən bahalaşacağı ilə bağlı fikirlərini şərh edərkən dedi.

Onun sözlərinə görə, bazara 400 min tona qədər yanacaq buraxmaq imkanı olduğu təqdirdə, benzinin qiymətində hansısa artım edilməsi absurddur. İqtisadçı ekspert əlavə edir ki, keyfiyyət artdığı təqdirdə isə qiymətin artması gözləniləndir:

"Keyfiyyət qiymətə bağlı olan bir şeydir. Keyfiyyətli malın qiyməti də yüksək olmalıdır. Bu gün heç "Avro 3" standartında da olmayan 92 markalı benzin 70 qəpikdir. Əgər bu benzin "Avro 5" standartına keçsə, təbii ki, qiyməti heç vaxt 70 qəpik ola bilməz.

Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti Davud Məmmədov dünən jurnalistlərə açıqlamasında bildirdi ki, keyfiyyət parametrlərində köklü dəyişiklik etmək üçün əsaslı modernləşdirmə işləri lazımdır. Və bu modernləşdirmə işləri əsasında ancaq 2018-ci ildə "Avro 5" standartlarında benzin buraxmaq mümkündür. Ancaq bu da asan proses deyil. Layihələr hazırlanmalı, qurğular gətirilməlidir".

İ.Şaban qeyd edir ki, benzinin qiyməti bu halda ancaq 2018-ci ildə artacaq:

"Avro 5" standartına hələ 2018-ci ildə keçəcəyiksə, təbii ki, qiymət də o vaxt qalxmalıdır. Benzinin "Avro 5" standartına keçməsi üçün bu günün qiymətləri ilə hesabladıqda, yarım milyarda yaxın, daha dəqiq desək, 400 milyon manatlıq investisiya tələb olunur. Qoyulan bu investisiyanı da geri götürmək lazımdır axı. Əgər benzinin keyfiyyəti artacağı təqdirdə qiymət artmasa, bu böyük israfçılıq olar".

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Axar.az-a açıqlamasında hələlik qiymət artımı ilə bağlı heç bir məsələnin müzakirə edilmədiyini bildirdi:

"Yaxın zaman ərzində benzinin qiymətində artım edilməsi Tarif Şurasının gündəmində yoxdur".

Tarix
2014.06.06 / 13:55
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla