Yuxarı

“Azərbaycan yaxın günlərdə Ermənistana qan udduracaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hamı bilir ki, bu qədər silah-sursatın qarşısında Ermənistan heç bir şey edə bilməyəcək".

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov Naxçıvan istiqamətində ikinci cəbhənin açıqlaması ilə bağlı erməni ekspertlərinin xüsusi narahatlıqlarını şərh edərkən deyib. O, Azərbaycanın Naxçıvan istiqamətində ikinci cəbhə açmasının mümkünsüz olduğu bildirib:

"Əslinə qalsa, ermənilər məhz Naxçıvan məsələsinin şişirdilməsinin marağındadırlar. Naxçıvanla bağlı heç bir narahatlıq yoxdur və Azərbaycan siyasi rəhbərliyi də heç vaxt Naxçıvan ərazisindən Ermənistana qarşı hər hansı addım atmaq niyyətində olmayıb. Biz niyə Dağlıq Qarabağı qoyub, Ermənistana girməliyik? Bu ermənilərin çoxdan hazırladığı təxribatdır və onlar bizi belə təxribata cəlb etməyə çalışırlar. Naxçıvanda heç nə baş vermir. Sadəcə, bir qədər atışmaların sayı artıb. Şükürlər olsun, heç bir itkimiz də yoxdur. Bu gün Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ən yüksək şəkildə Naxçıvanı müdafiə edir. Bütün bunların fonunda Azərbaycanın Naxçıvandan cəbhə açmasını demək olmaz. Əvvəla, bu, praktik olaraq mümkün deyil. Bu cəbhənin açılması Ermənistana girmək deməkdir. Biz isə Ermənistana girmək niyyətində deyilik, işğal altında olan torpaqlarımızı terrorçulardan, separatçılardan azad etmək istəyirik – necə ki, bunu Ukrayna edir. Amma ermənilər Naxçıvanla bağlı narahatlıqlarını bəyan etməklə, düşünülmüş surətdə bizi təxribata çəkirlər. Çünki Ermənistan ərazisinə hücum artıq Kollektiv Təhlükəsizlik Müqaviləsinin işə düşməsi deməkdir. Biz niyə Ermənistana girməliyik ki!"

Hərbi ekspert son hadisələrin Ermənistan hakimiyyətini çaşqın vəziyyətdə qoyduğunu söyləyib:

"Əgər ikinci cəbhənin açılması mümkün olsaydı, bu, 90-cı illərdə edilərdi. Bu, o zamanlar bəlkə də mümkün idi. Hazırda ən müasir T-90, Mİ-35 hərbi helikopterləri, "SMERÇ" hərbi raket sistemləri Naxçıvandadır. Bununla Ermənistanı çox böyük problemlərlə üz-üzə qoymaq olar. Amma kiminsə Ermənistan ərazisinə Naxçıvandan keçməsi mümkün olan məsələ deyil. Son hadisələr göstərir ki, Ermənistanın özü çaşqın vəziyyətdədir. Onlar sadəcə informasiya müharibəsi ilə Azərbaycana təsir göstərmək istəyirlər. Bununla öz daxillərində olan ab-havanı sakitləşdirmək niyyətindədirlər. Hamı bilir ki, bu qədər silah-sursatın qarşısında Ermənistan heç bir şey edə bilməyəcək. Serj Sərkisyan və digərləri yaxşı bilir ki, Azərbaycan yaxın zamanlarda onlara qan udduracaq. Çünki bunu uzatmağın heç bir mənası yoxdur. Azərbaycanda mütləq mənada bu yolu gedəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin".

Tarix
2014.06.14 / 12:33
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bu, insanlar üçün davamlı təhlükədir - PA rəsmisi

Bakı qazı Suriyanın iqtisadi bərpasının təminatıdır - Səfir

Zəngəzur anlaşması: İlham Əliyev tələb etdi, İrəvan razılaşdı

Sabah Bakıda İsrail və Suriya rəsmiləri görüşəcək

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla