Daxili İşlər naziri Ramil Usubov Binəqədi rayonuna polis
rəisi təyin edib.
Axar.az xəbər verir ki, Abşeron rayonunun polis rəisi Namiq
İsmayılov Binəqədi rayonuna polis rəisi göndərilib.
Xatırladaq ki, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə
Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ağalar
Məhərrəmov tutduğu vəzifədən azad edilərək, Bakı Şəhər Baş Polis
İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin rəisi
vəzifəsinə təyinat almışdı.
Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi
Şöbəsinin rəisi, polis polkovniki Famil Xanbabayev isə bir müddət
əvvəl tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsinin
Binəqədi Rayon Mühafizə İdarəsinə rəis təyin edilmişdi. Xaçmaz
Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli də Binəqədi rayonuna
polis rəisi gətirilmişdi.