Yuxarı

Elmar Məmmədyarov Çində Qarabağdan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir Elmar Məmmədyarov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində 2 iyul 2014-cü il tarixində Çin Beynəlxalq Tədqiqatlar İnstitutunda "Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətləri" mövzusunda təşkil edilmiş tədbirdə çıxış edib.

Axar.az XİN-in rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Çinin aparıcı elmi-tədqiqat müəssisələrinin tədqiqatçıları və mütəxəssisləri iştirak ediblər.

Nazir Elmar Məmmədyarov çıxış edərək, ölkəmizin xarici siyasətinin prioritet istiqamətləri, uğurlu iqtisadi inkişaf modeli, həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar və icra edilən infrastruktur layihələri barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.

Ölkəmizin coğrafi mövqeyinin strateji əhəmiyyəti barəsində danışan nazir Elmar Məmmədyarov coğrafi mövqeyin, geoloji və geostrateji amillərin ölkəmizin xarici siyasətinin istiqamətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Nazir Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən nəqliyyat infrastruktur və kommunikasiya layihələri barədə danışaraq, Bakı-Tibilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətini qeyd edib və bu layihənin mal dövriyyəsinin artırılması və regionda yaşayan xalqların rifahının yaxşılaşdırılması üçün əlverişli imkanlar yaradacağına əminliyi ifadə edib.

Azərbaycanın davamlı iqtisadi inkişaf göstəricilərinə malik olduğunu deyən nazir Elmar Məmmədyarov Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi maliyyə təsisatlarının hesabatlarında Azərbaycanın iqtisadiyyatının sabit və sağlam şəkildə xarakterizə olunduğunu qeyd edərək, "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyası haqqında məlumat verib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasətinin nəticələri barəsində danışaraq, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də icra olunmadığını vurğulayıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın region ölkələri və Avropa İttifaqı ilə münasibətləri, Yaxın Şərq və Mərkəzi Asiya regionundakı vəziyyət və qlobal və regional proseslərlə bağlı ölkəmizin mövqeyinə dair tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Tarix
2014.07.02 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Küveytə yola düşdü

Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video

XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!

Prezident Məhəmməd Yunusu İƏT-in iclasına dəvət etdi

Bu ölkələr “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan

Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto

Nikol Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə gizli görüş keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla