Yuxarı

O, azərbaycanlıları “doğma Rusiyanı” qorumağa çağırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRİ adlı evimizi müxtəlif "milli mənzillərə" böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək".

Axar.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, "AzerRos" Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiya Xalqları Assambleyasının toplantısında çıxışı zamanı bildirib. Abbasov bir qədər də irəli gedərək qeyd edib ki, indi hamımızın məqsədi doğma Rusiyamızı qorumaq, onu inkişaf etdirməkdir.

Sabiq Baş nazir müavini onu da əlavə edib ki, bu məqsədlə Rusiya ərazisində yaşayan bütün xalqlar bir yumruq kimi birləşməlidir: ""AzerRos" və azərbaycanlılar isə bu istiqamətdə ön sıralarda olacaqlar".

Abbasovun bu çıxışından sonra Rusiya Xalqları Assmbleyasının sədri Svetlana Smirnova onu "Fəxri Fərman"la təltif edib.

Maraqlıdır ki, tədbir zamanı Abbasovun Rusiya Prezidenti yanında Şuraya üzv olması üçün namizədliyi də irəli sürülüb və yekdilliklə dəstəklənib.

Tarix
2014.07.09 / 13:53
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı qərar

Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla