Yuxarı

Abşeron polisində qalmaqallı yerə təyinat verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ayın 21-də Abşeron Rayon Polis Şöbəsinə rəis təyin olunan Şəhriyar Şəmşirli xidmət üzrə müavin postuna öz kadrının gətirilməsini təmin edib.

Axar.az xəbər verir ki, Xaçmaz RPŞ Xudat polis bölməsinin rəisi polis polkovnik-leytenantı Elçin Rəcəbov bu gündən Abşeron RPŞ-də xidmət üzrə müavin vəzifəsinin icrasına başlayıb.

Yeni rəisin daha bir kadr dəyişikliyi qərarı isə Təhqiqat Bölməsinin rəisi vəzifəsi ilə bağlı olub. Bir neçə gün öncə rəisin qəbulunda olan Abşeron RPŞ-nin Mehdiabad PB-nin rəis müavini Məhəmmədəli Yaqubov iyulun 16-da imzalanan əmrlə Polis Şöbəsinin Təhqiqat bölməsinə başçılıq edir.

Xatırladaq ki, hər iki vəzifə iyulun 4-dən boşalmışdı. Polis polkovnik-leytenantı, Abşeron rayon polis rəisinin xidməti işlər üzrə müavini Oqtay Süleymanlı işdə yol verdiyi nöqsana görə vəzifəsindən azad edilərək sərəncama göndərilmişdi. Təhqiqat bölməsinin rəisi Yusif Vəkilov isə (Məşhur Vəkilovlar nəslindəndir) yaşı ilə əlaqədar təqaüdə çıxmışdı.

Tarix
2014.07.17 / 10:44
Müəllif
Ruhiyyə Daşsalahlı
Digər xəbərlər

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla