Yuxarı

Qərb Bakı üçün Moskvaya qarşı proqram hazırlayır – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz yaxın illərdə Rusiyanın yenidən parçalanacağının şahidi olacağıq".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Qərb üçün Cənubi Qafqazın qorunmasının priotet məsələ olduğunu deyib:

"Bu cür qərar istər Amerika, istərsə də NATO tərəfindən gözlənilən idi. Uels Sammitində ciddi qərarlar qəbul olunacağını mən son müsahibəmdə xatırlatmışdım. Cənubi Qafqaz ölkəsi olan Azərbaycan Qərb və NATO üçün çox önəmlidir. Regionda stabilik və sabitlik demokratiyanın inkişafına gətirib çıxardacaq. Bu sabitlik isə təhlükəsizlikdən keçir. Ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyinin qorunması artıq prioritet məsələ halına gəlib. Amerika üçün müttəfiqlər və onların inkişafı önəmlidir. Hazırda bu məsələdən də əlavə Qərb yeni bir proje üzərində işləyir. Bu projeni tezliklə bəyan edəcək. Bu, ümumilikdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə şamil ediləcək. Bu projedən sonra ümumilikdə bütün proseslər sürətlənəcək ki, sonda bəzi, hətta hegemon dövlətlərin dağılmasının şahidi olacağıq".

F.Məmmədov Rusiyanın çoxdan qırmızı xətti keçdiyini bildirib:

"GUAM ölkələri də Qərb üçün önəmlidir. Bilirsiniz, burada əsas məsələ xalqların seçimidir. Gərək hər kəs bu seçimə hörmətlə yanaşsın. Rusiya bu hörməti tanımır, çünki Rusiya daxilində şovinizm baş alıb gedir və sonda bu şovinizmin nəticəsi ağır fəsadlara gətirib çıxardacaq. SSRİ bu cür daxili siyasət nəticəsində dağıldı. Amma Rusiyanın SSRİ-dən daha bərbad vəziyyətə düşəcəyini görəcəyik. Qərb və Avropa son ana qədər Rusiyaya müttəfiqlik təklif etdilər. Ukrayna böhranının müsbət həllinə dəvət etdilər. Lakin Malayziya təyyarəsinin vurulması bu proseslərin qırılma nöqtəsi oldu. Əgər təyyarənin vurulduğu sübuta yetirilərsə, onda Rusiya tərəfi bunu çox ağır şəkildə ödəyəcək. Rusiya artıq qırmızı xətti keçdi. Diplomatiyada bütün qaydalara əməl edərək oynamaq lazımdır. Əgər bu qaydaları pozarsansa və real təhlükə halına gələrsənsə, onda səni məhvolma gözləyir. Biz yaxın illərdə Rusiyanın yenidən parçalanacağının şahidi olacağıq".

Tarix
2014.07.20 / 10:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı qərar

Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla