"Ayrapetyanın həbsi
Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının birgə fəaliyyətinin
nəticəsidir".
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni generalı Arkadi
Ter-Tadevosyan çıxış edib. O, Ayrapetyanın həbsinin heç kim
tərəfindən gözlənilmədiyini bildirib:
"Baş verənlər Rusiya rəhbərliyi ilə əlaqədar deyil. Bu, iki
ölkənin xüsusi xidmət orqanlarının razılığı nəticəsində baş verib.
FTX-nin fəaliyyəti Sovet sistemində olduğu kimidir. Onlar
hökumətdən tapşırıq alar, müəyyən yoxlamalar aparar, amma
tutduqları şəxslərdən rəhbərliyin məlumatları olmaya da bilər. Onun
həbs edildiyi gün biz Qarabağda bir yerdə idik. Sonra o, Moskvaya
yola düşdü. Aeroporta gələndə isə onun Monakodan gəldiyi deyildi.
Artıq Ayrapetyanı Azərbaycanın xüsusi xidmət orqanları izləyirdi.
Onlar Ayrapetyanı çoxdan izləyirlər. Ayrapetyan isə burada hərbi
texnikumun tikilişini maliyyələşdirirdi".
Qeyd edək ki, bir müddət öncə məşhur erməni milyarderi Levon
Ayrapetyan Moskvada Domodedova aeroportunda həbs edilmişdi.
Dünyanın ən varlı 10 ermənisindən biri (o özü özünü dünyanın ən
varlı ermənisi adlandırmışdı) kimi tanınan Ayrapetyan Ermənistana
hərbi sövdələşmələrdən tutmuş diaspor fəaliyyətinə qədər, geniş
maliyyə dəstəyi verən və ölkəsinin işğalçılıq siyasətini
dəstəkləyən şəxs kimi tanınır.