"Nə Avropa Şurası, nə də NATO Dağlıq Qarabağ
münaqişəsinin həllində birbaşa olaraq moderator kimi çıxış etmək
imkanına malikdirlər".
Bunu Axar.az-a açıqlamasında Təhlüksizlik Enerji Tədqiqat
Mərkəzinin rəhbəri Ceyhun Mahmudlu Dağlıq Qarabağ münaqişəsinin
hazırda AŞPA-nın payız sessiyasında davam edən müzakirələrə
münaisbət bildirərkən deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində Avropa Şurasının elə də güclü bir ixtiyarı
yoxdur:
"Yəni bu yolda Avropa Şurası heç bir məsuliyyət daşımır.
Təşkilatın qəbul etdiyi qətnamələr sadəcə olaraq tövsiyyə xarakteri
daşıyır. Qoşun yeritmək, sanksiyalar baxımından Şura səlahiyyət
daşımır. Əsas yük ATƏT-in Minsk Qrupunun üzərinə düşür və əsas
müzakirələr burda getməlidir. Nə Avropa Şurası, nə də ki NATO
Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda birbaşa olaraq moderator
kimi çıxış etmə imkanına malikdirlər. Çünki belə bir təşəbbüsləri
yoxdur. O ki qaldı AŞ-nin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı qəbul etdiyi 1416-ci qətnaməyə bu, tövsiyyə
xarakteri daşıyır. Yalnız bu səbəbdən təşkilatın işini müsbət
qiymətləndirmək olar. Eyni zamanda, BMT-nin işğal olunmuş
əarzilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı dörd qətnaməsinin
indiyədək kağız üzərində qalmasının əsas səbəbi BMT nizamnaməsinin
6-ci fəslini əks etdirməsidir. Burada da heç bir məcburetmədən
söhbət belə getmir. Belə olan təqdirdə məslənin həlinin bu vaxtadək
yubadılması anlaşılandır. Əgər qətnamələr 7-ci fəsli əks
etdirsəydi, bu zaman Ermənistana qarşı məcburetmə, iqtisadi
sanksiyalar və qadağalar yolu ilə münaqişə həll oluna bilərdi.
Yalnız bu yolla işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək
mümkündür. O ki qaldı məsələsnin BMT TŞ çərçivəsində həllinə,
Azərbaycan heç bunun tərəfdarı da deyil, çünki BMT TŞ-nin üzv
dövlətlərinin bu yolda kimi dəstəkləmələri məlum məsələdir".