Yuxarı

Müstəqilliyin bərpası günü necə qeyd olunacaq? – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müstəqilliyin bərpası günü necə qeyd olunacaq? – Rəsmi

Bakı rayonlarının mədəniyyət mərkəzlərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü ilə bağlı tədbirlər keçiriləcək.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Aktının qəbul olunduğu gün – 18 oktyabrda - paytaxtın Nəsimi, Səbail, Yasamal, Sabunçu, Binəqədi, Qaradağ, Xətai, Nizami, Xəzər, Nərimanov rayonlarının mədəniyyət mərkəzlərində sərgilər, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günüdür. 1991-ci il avqustun 30-da Azərbaycan Parlamenti Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının hazırlanması barədə qərar verib. Bu Konstitusiya Aktının qəbulu ilə bağlı müraciət edən 43 millət vəkili Azərbaycan tarixinə "İstiqlalçı deputatlar" olaraq düşüb.

Oktyabrın 18-də Aktın qəbulu ilə bağlı səsvermə keçirilib. O zaman 360 deputatdan ibarət olan Ali Sovetin 258-si qanunun lehinə səs verib. Digər 102 deputatdan bəziləri səsverməyə qatılmayıb, bəziləri isə müstəqilliyin əleyhinə səs verib.

Konstitusiya Aktında müstəqil Azərbaycanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu göstərilir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Tarix
2014.10.12 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla