Yuxarı

Rusiya Bakının bu addımını alqışlayır – Klaçkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Bakının bu addımını alqışlayır – Klaçkov

Ötən gün Bakıda VI Bakı Beynəlxalq Humanitar forumu işə başlayıb. Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Hazırkı forumda 86 ölkədən 416 xarici qonaq və 24 beynəlxalq təşkilat iştirak edir. Beynəlxalq Humanitar Forum fərqli ölkələrdən məşhur dövlət xadimlərini, Nobel mükafatı laureatlarını, nüfuzlu beynəlxalq təşkilatların liderlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının təmsilçilərini beynəlxalq məsələlər üzrə fikir mübadiləsi, müzakirə, dialoq aparmaq üçün bir araya gətirən prestijli tədbir sayılır.

Rusiyalı politoloq Pavel Klaçkov Axar.az-a açıqlamasında mötəbər tədbirə bir çox ölkənin, o cümlədən Rusiyanın göstərdiyi dəstəyin onun beynəlxalq əhəmiyyətindən xəbər verdiyini bildirib:

“Rusiya, sözsüz ki, Bakıda beynəlxalq forumun açılışını alqışlayır. Forumda ən yüksək səviyyədə iştirak da elə bundan xəbər verir. Biz Prezident Vladimir Putinin məktubunu Rusiya hökumətinin baş nazir müavini Olqa Qolodeçin şəxsən oxuduğunu gördük. Forumu qəbul edən tərəf də məhz bu cür yüksək səviyyədə təmsil olunmuşdu – forumda ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edirdi”.

“Forumun təşkilatçıları və iştirakçılarının - dünya mədəni elitasının nümayəndələrinin əsas məqsədi təbiət, sosial və humanitar elmlər sahəsində beynəlxalq səviyyədə gələcəkdə baxılması nəzərdə tutulan yeni humanitar gündəliyin formalaşdırılmasıdır. Rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, həmçinin, bir sıra nüfuzlu mütəxəssislər iki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həll yollarını axtaracaq”, - forumun gündəliyində deyilib.

“Hazırda dünya miqyasında humanizm sahəsində böhranın olması heç kimə sirr deyil. Bir çox KİV və internet resurslarında dezinformasiyanın üstünlüyü, manipulyasiya, saxta xəbərlər hökmranlıq edir. Biz həmçinin, zorakılığın da artdığını müşahidə edirik”, - Klaçkov müasir cəmiyyətin problemləri barədə danışarkən deyib.

VI Bakı Beynəlxalq Humanitar Forumunun diqqət mərkəzində bizim gələcək dünyamızı formalaşdıracaq kreativ ideyaların reallaşdırılması üçün yolların axtarılması dayanacaq. İnsan məsuliyyəti, humanizm, dövrümüzün ən vacib çağırışlarını qarşılamaq qabiliyyətinə olan dərin inam ön planda olacaq.

“Humanizm böhranından çıxış yollarının birlikdə axtarılması çox vacibdir. Əməkdaşlıq, tərəfdaşlıq və həmrəyliyin yeni prinsipləri də məhz birlikdə hazırlanmalıdır. Əminəm ki, bir çox iradənin, şüurun, müxtəlif ölkələrin və təşkilatların maraqlarının toplanmasının təsiri bütün gözləntiləri aşacaq və təsiri çox güclü olacaq. Çünki hazırda bütün dünya ictimaiyyəti bu problemlərin həllində maraqlıdır. Bu mənada Bakı forumunun da beynəlxalq vəziyyətə təsir etmək şansı var”, - politoloq fikrini tamamlayıb.

Tarix
2018.10.26 / 08:00
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla