Yuxarı

“Bu, Azərbaycan diplomatiyasının qələbəsidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu, Azərbaycan diplomatiyasının qələbəsidir”

"Avropa İttifaqında bir qrup erməni deputatını dəstəkləyən "Dağlıq Qarabağ" qrupunun yaradılması ermənilərə böyük bir problem olacaq".

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında irəli sürdüyü təkliflər barədə açıqlama verərkən deyib. Onun sözlərinə görə, ermənilər bundan sonra Qarabağla bağlı hər hansı irəliləyiş əldə edə bilməyəcəklər:

"Avropa İttifaqında Erməni deputatlarını dəstəkləyən "Dağlıq Qarabağ" qrupu yaratmaq təşəbbüsü ilə bağlı müraciət hazırlamağın vacib olduğu qərarına gəldik. Çünki düşmənə çatdırmaq lazımdır ki, bu, onlar üçün çox böyük bir problem yaradacaq. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bu cür addımlar yolverilməzdir. İkinci əsas məsələ isə Ermənistanın Avrasiya İttifaqına daxil olması ilə bağlı idi. Bu gün Milli Məclisdə bu məsələ Azərbaycanın diplomatiyasının və Prezident İlham Əliyevin xarici siyasətdə böyük uğuru kimi dəyərləndirildi. Qarabağsız və işğal olunmuş ərazilər hesaba alınmadan Ermənistanın o birliyə qoşulması bizim üçün böyük önəm daşıyır.

Bundan sonra cəhdlərimizi artıracağıq ki, ermənilər Qarabağla bağlı hər hansı şəkildə heç bir irəliləyişlər əldə edə bilməsinlər. Avrasiya İttifaqında Belarusiya və Qazaxıstan tərəfindən Azərbaycanın mövqeyinin müdafiə olunması üçün isə əlimizdən gələni edəcəyik".

Tarix
2014.10.17 / 22:07
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla