Yuxarı

Alban spiker Bakıda - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alban spiker Bakıda - Foto

Albaniya Respublikası Parlamentinin sədri İlir Metan oktyabrın 19-da Azərbaycana rəsmi səfərə gəlib.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

İ.Metan Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində deyib: "Bu mənim Albaniya parlamentinin sədri kimi Azərbaycana ilk rəsmi səfərimdir. Səfər Albaniyanın Azərbaycan ilə əlaqələrinin itensivləşməsinə verdiyi böyük əhəmiyyətin göstəricisidir. Çünki Azərbaycan Albaniyanın gələcək inkişafı baxımından mühüm rol oynayan strateji tərəfdaşdır".

"Trans-Adriatik Pipeline" (TAP) boru kəməri layihəsinin əhəmiyyətini vurğulayan İ.Metan bildirib ki, bu kəmər Albaniyanın ərazisindən keçərək Avropaya doğru çəkiləcək. TAP layihəsi Albaniya ilə Azərbaycanı birləşdirən yeganə layihə deyil. Azərbaycan şirkətləri Albaniyada enerji, infrastruktur və turizm sahələrinə sərmayə qoyurlar. Bu da bizim iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğuna dəlalət edir.

Tirana Politexnik Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəyini bildirən Albaniya parlamentinin sədri vurğulayıb ki, iki ölkənin əməkdaşlığı baxımından təhsil çox perspektivli sahədir.

İ.Metan iki ölkənin parlamentləri arasında əməkdaşlığın gücləndirilməsinin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib.

Səfər çərçivəsində Albaniya parlamentinin sədri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək və bir sıra görüşlər keçirəcək.

Tarix
2014.10.19 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla