Yuxarı

Əsədin “dirilişi” başladı: Ərəblər Ərdoğana qarşı birləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeddi ildir ölüm-qalım savaşı verən Bəşər Əsəd ərəb dünyasının liderləri arasında yerini təkrar almağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Suriyada səfirliyini yenidən açmasına münasibət bildirən Şahin Cəfərli deyib. O bildirib ki, bu, təkcə BƏƏ-nin qərarı deyil, Səudiyyə Ərəbistanı, Misir və Bəhreynlə ortaq iradənin ifadəsidir:

“Adı çəkilən 4 ölkə bərabər hərəkət edir. Bu gün Səudiyyə kralı Salman Bəşər Əsədin qatı əleyhdarı olan xarici işlər naziri Adil Cübeyri vəzifədən kənarlaşdırdı, bu da yeni bir mərhələnin başladığına işarədir. A planı iflasa uğradı, B planına keçdilər. Müharibə kənar dəstəklə də olsa, Əsədin zəfəri ilə yekunlaşır və indi Suriyanın siyasi və fiziki rekonstruksiyasında yer almaq, söz sahibi olmaq uğrunda rəqabət başlayıb. Səudiyyə liderliyindəki koalisiya bütün gücü ilə İran və Türkiyənin Suriyada öz nüfuzunu genişləndirməsini əngəlləməyə çalışacaq. Əsəd də bunda maraqlıdır (İsrail və ABŞ da)”.

Politoloq qeyd edib ki, Əsəd öz qələbəsinə, ümumiyyətlə, həyatda qalmasına görə İrana minnətdardır:

“Ancaq heç bir lider (üstəlik diktator tipli) öz ölkəsində başqalarının ağalıq etməsini istəməz. Ərəb ölkələrinin Tehranın artan təsirini bir az balanslaşdırmasına Suriyanın da ehtiyacı var ki, çoxlu qütblər arasında öz marağına uyğun manevr edə bilsin. BƏƏ XİN-in bəyanatında da məhz buna işarə olunur, "qardaş Suriyanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və bölgədə təhlükəsizliyin təmin olunmasında ərəblərin rolunun aktivləşdirilməsi”ndən bəhs edilir”.

Politoloq vurğulayıb ki, Türkiyəyə qarşı isə bloklaşma ola bilər:

“Səudiyyə vəliəhdi bin Salman, BƏƏ vəliəhdi əl-Nahyan, Misir rəhbəri Sisi üçlüyündən ibarət “Antiərdoğan ittifaqına” Əsədin də dəstək verməsi ilə Türkiyə prezidentinin regional liderlik ambisiyalarının önünə sədd çəkməyə yönəlmiş güclü ərəb bloku formalaşmış olacaq. Digər tərəfdən, Suriyanın bərpası üçün böyük maliyyə lazımdır, nə İranda bu qədər pul var, nə Rusiyada, nə də Türkiyədə. Bu məqam yetişəndə Səudiyyə, BƏƏ, Qətər və Qərb dövlətlərinə ehtiyac yaranacaq”.

Politoloqun sözlərinə görə, gələn il Suriyanın Ərəb Dövlətləri Liqasına qayıdışı da gözlənilir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri bu gün Suriyadakı səfirliyini yenidən açıb.

Tarix
2018.12.27 / 23:38
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla