Yuxarı

Qasırğa zamanı təhükədən necə qorunmaq olar?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün üçün proqnozlaşdırılan küləyin sürət həddi müəyyən şkalaya əsasən dəhşətli fırtına və qasırğa ilə eyniləşdirilir. Dəhşətli fırtına zamanı küləyin sürət həddi 28.5-32.6 m/san, qasırğa zamanı isə 32.6 m/saniyə olur. Hətta küləyin sürəti 50-60 m/saniyəyə qədər çatır.

Bakı küləklər şəhəri olsa da, bu cür dəhşətli fırtına və qasırğa tez-tez müşahidə edilmir. Bəs belə havalarda baş verə biəcək təhlükədən qorunmaq üçün nə ediməlidir?

Axar.az xəbər verir ki, fırtına xəbərdarlığı gələndə bütün qapıları və pəncərələri sıx bağlamaq, eyvan və pəncərə ətrafına qoyulan dibçəkləri götürmək lazımdır. Güclü külək xüsusilə eyvana və bayır tərəfdən pəncərə ətrafına qoyulan dibçək və digər əşyaları küçədəki insanarın, avtomobillərin üzərinə ata bilər. Mütəxəssislər və tez-tez fırtına baş verən ölkələrdə yaşayanlar məsləhət görür ki, su və qida, tibb ləvazimatları, şam, kerosin lampası, sənəd və pul tədarükü hazırlamaq lazımdır. Ehtiyac olmadıqca qaz və elektrik söndürülməlidir. Qəzalı vəziyyətdə olan evdə yaşamaq təhlükəli olduğu üçün müvəqqəti də olsa, daha etibarlı yerə köçmək məsləhətdir.

Kənd evində isə ən geniş və möhkəm olan hissəyə yerləşmək, külək gücləndikdə isə zirzəmiyə enmək lazımdır.

Dənizdən və çaylardan uzaq durmaq məsləhət görülür. Şiddətli külək, frtına zamanı küçədə olduğunuz zaman isə binaların, tkinti işləri gedən obyektlərin, uzun sütunların, ağacların, elektrik kabellərinin altında dayanmayın, elə yerlərə yaxın hərəkət etməyin. Mümkün qədər yeraltı keçidlərdən istifadə edir.

Piyada uzun yol qət etmək təhlükəlidir. Güclü külək zamanı evin damına, açıq havada hündürlüyə çıxmaq məsləhət deyil. Güclü və dəhşətli külək, fırtına zamanı küçədəsinizsə və külək hərəkət etmənizə problem yaradırsa, külək tutmayan təhlükəsiz bir əraziyə keçib dayanmaq və ya hansısa bərk borudan tutmaq lazımdır.

Tarix
2019.01.17 / 15:51
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla