Yuxarı

İstanbul savaşı başa çatdı - Qalib kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbul savaşı başa çatdı - Qalib kimdir?

19:50

Bələdiyyə seçkilərində AKP ilə CHP-nin ən ciddi mübarizə məkanlarından biri də İstanbuldur.

Axar.az xəbər verir ki, bu vaxta qədər İstanbulda seçki bülletenlərinin 98,78 faizi sayılıb. Hazırda AKP (Binəli Yıldırım) İstanbulda 48,71 faizlə (4.111.219 səs) irəlidədir. Ona CHP-çi Əkrəm İmamoğlu çox cüzi səslə uduzur. Belə ki, Ə.İmamoğlu 48,65 faiz (4.106.776 səs) toplayıb.

Paytaxt Ankarada CHP 50,36% səslə 47,43% səs toplayan AKP-ni geridə qoyur.

***

AKP-nin İstanbul bələdiyyə başqanlığına namizədi Binəli Yıldırım bu dəqiqələrdə açıqlama verdi.

"İstanbulda səslərin sayımı qeyri-rəsmi olaraq başa çatıb. Bu nəticəyə görə, seçkini qazandıq, istanbullulara etimada görə təşəkkür edirəm. Millətimiz üçün xeyirli-uğurlu olsun", - deyə Yıldırım qələbəsini elan etdi.

***

AKP-nin İstanbul təşkilatının sədri Bayram Şənocaq cəmi 3 min 870 səs fərqi ilə qalib gəldiklərini açıqlayıb. B.Şənocaq ümumilikdə 290 mindən çox bülletinin də ləğv edildiyini bildirib.

CHP bu nəticəyə etiraz edib və səslərin onların xeyrinə olduğunu bildirib.

Qeyd edək ki, son rəqəmlər hələ açıqlanmayıb.

Tarix
2019.04.01 / 08:53
Müəllif
Axar.az
Digər xəbərlər

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla