Yuxarı

Ordumuz düşmənin 20 ilə qazdığı səngəri bir saata dağıtdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz düşmənin 20 ilə qazdığı səngəri bir saata dağıtdı

Azərbaycan cəmiyyəti Aprel döyüşlərində mühüm bir sınaqdan keçdi. Xalq dövlət ətrafında yumruq kimi birləşərək, dövlət başçısına öz dəstəyini göstərdi. Bütün bunlar cəmiyyətimizin, xalqımızın işğalla barışmaz mövqeyini bir daha nümayiş etdirdi. Düşünürəm ki, Ermənistan konstruktiv mövqe tutmasa, bu nümayişin nəticələri praktiki şəkildə yenə özünü göstərəcək.

Bu sözləri Axar.az-a Aprel döyüşlərinin ildönümü ilə bağlı danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, Azərbaycan Ordusu öz fəaliyyətini necə yerinə yetirirdisə, bu döyüşlərdən sonra da onu davam etdirmək gücündədir:

“Ordumuz təmas xəttində olan vəziyyəti nəzarət altında saxlamağı bacarır. Qarşıya qoyulan tapşırığı yerinə yetirməyə hazır vəziyyətdədir. Aprel hadisələrinin əhəmiyyəti çox böyükdür. Birincisi, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan tapşırığı yerinə yetirməyə qadir olduğunu sübut etdi. Aprel döyüşlərindən əvvəl həmin istiqamətdə olan yaşayış məntəqələrinin təhlükəsizliyi şübhə altında idi, çünki düşmən həmin mövqelərdən yaşayış məntəqələrini atəşə tuturdu. Dinc əhali arasında zərərçəkənlər var idi. Bu vəziyyətdə təmas xəttində olan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tapşırıq alıb, atəş açılan mövqelərdən düşməni qovaraq, o istiqamətdəki yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməyi bacardı. Talış istiqamətində olan strateji yüksəkliklər və Lələtəpə yüksəkliyi düşməndən azad edildi”.

Polkovnikin sözlərinə görə, Prezident İlham Əliyevin səyi və diqqəti nəticəsində Cocuq Mərcanlı kəndi yenidən bərpa olunub:

“Bu kənd xalq arasında Böyük Qayıdışın ilk məntəqəsi kimi qəbul olunur. Onu xüsusi qeyd edim ki, Azərbaycan əsgəri bu sınaqdan üzüağ çıxdı. Ohanyanın bəyan etdiyi “keçilməz erməni müdafiəsi” mifi dağıdıldı. Ordumuz 20 ildən çoxdur cəbhədə möhkəmlənən düşmənin müdafiə xəttini qısa bir zamanda yararaq, mövqelərini ələ keçirdi və göstərdi ki, vəzifəsindən, rütbəsindən asılı olmayaraq, hər bir Azərbaycan hərbçisi canından keçərək, şəhidlik zirvəsinə yüksələrək, qarşıya qoyulan tapşırığı yerinə yetirməyə qadirdir. Bu, Azərbaycan hərbçilərinin vətənpərvərlik ruhunun göstəricisi oldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrində bu hadisələr zamanı bir nəfər də olsa, fərari olmadı”.

Tarix
2019.04.02 / 12:37
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla