Prezident İlham Əliyev Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Nəcəf oğlu Novruzovu vəzifəsindən azad edərək, Siyazən rayonuna icra başçısı təyin edib.
Axar.az xəbər verir ki, Novruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olub. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına kolxozda kolxozçu kimi başlayıb. 1974-1976-cı illərdə hərbi xidmətdə olub.
1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən LKGİ Lerik Rayon Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən LKGİ Lerik Rayon Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987-1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləyib.
1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətininı, 2002-2007-ci illərdə isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
28 iyun 2007-ci ildən Şabran Rayon İcra Hakimiyyətinin başçısı idi.
2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı var.