Yuxarı

Liviya və Sudanda nə baş verir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Liviya və Sudanda nə baş verir? – Şərh

Bu gün Sudan və Liviyada baş verən hadisələr 2012-ci ildə Misirdə baş verən proseslərin davamıdır.

Bu sözləri Axar.az-a Sudanda baş verən son siyasi proseslərlə bağlı danışan analitik Vüqar Zifəroğlu deyib.

“Baxın, 2011-ci ildə ərəb baharı zamanı Tunisdə başlayan proseslər ard-arda digər ölkələrə də keçməyə başladı. Ümumiyyətlə, Yaxın Şərqdə baş verən proseslər bir-biri ilə zəncirvari bağlıdır. Bu gün Liviya və Sudanda baş verən hadisələr də 2012-ci ildə Misirdə baş verən proseslərin davamıdır. Başqa sözlə desək, ərəb baharının doğurduğu nəticələrin başqa bir formata salınması prosesi gedir. Sudanda prezidentin hərbi çevriliş nəticəsində devrilməsi və müdafiə naziri, I vitse-prezident statusunda olan Avad bin Aufun Hərbi Şura adından hakimiyyəti ələ keçirməsi eyni ssenaridir. Liviyada Xəlifə Haftarın əməliyyatlara başlaması və Tripolini ələ keçirməsi ilə bağlı bəyanatlar verməsi də bunu göstərir”, - o bildirib.

V.Zifəroğlu Sudanda baş verən çevrilişin arxasında Misir Prezidenti Əbdülfəttah Sisinin dayanması ilə bağlı yayılan iddialara da aydınlıq gətirib:

“Liviyada qarşıduran tərəflər Milli Razılıq Hökuməti və Təmsilçilər Məclisidir. Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu konkret olaraq birincini hədəfə alıb və bu istiqamətdə hücuma keçib. İkincisi və ən önəmlisi isə odur ki, qarşı duran tərəfləri dəstəkləyənlər də eyni qüvvələrdir. Belə ki, Qətər və Türkiyə Milli Razılıq Hökumətini, Qərb, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı isə Təmsilçilər Məclisini dəstəkləyir. Bunlar o ölkələrdir ki, 2012-ci ildə Müsəlman Qardaşlarının devrilməsi zamanı Misir Prezidenti Əbdülfəttah Sisini dəstəkləyiblər. Hesab edirəm ki, bu gün həm Sudanda, həm də Liviyada gedən proseslərin arxasında birbaşa Sisi olmasa da, çevriliş zamanı onu dəstəkləyən qüvvələr dururlar”.

Qeyd edək ki, dünən Sudanda hərbi çevriliş baş tutub, Prezident Ömər Bəşir devrilib, ölkəni keçid dövründə idarə etmək üçün Hərbi Şura yaradılıb. Hərbi Şuranın ölkəni iki il ərzində idarə edəcəyi vurğulanıb.

Ölkədə Konstitusiyanın fəaliyyəti dayandırılıb və 3 aylıq fövqəladə vəziyyət tətbiq edilib.

Tarix
2019.04.13 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

İrandan təxliyə üçün Bakıya neçə ölkə müraciət edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla