18:45
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev A.Ş. Hacıyevin "Şöhrət" ordeni ilə təltif
edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli
fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyev "Şöhrət" ordeni ilə
təltif edilib.
Prezidentin digər sərəncamına əsasən, Azərbaycan Respublikasında
dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Günəş
Məhərrəm qızı Vəliyevaya "Əməkdar Hüquqşünas" fəxri adı
verilib.
20:25
Prezident İlham Əliyev həmçinin 3 fərman
imzalayıb:
"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979
nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında;
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının Hirkan Milli Parkı
haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə;
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının Hirkan Milli Parkı
haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə.
22:26
Prezident İlham Əliyev daha 8 fərman
imzalayıb:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel
tarixli 227 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Abşeron Milli Parkı haqqında Əsasnamə"də
dəyişikliklər edilməsi barədə;
Azərbaycan Respublikasının
Hökuməti ilə İran İslam Respublikasının Hökuməti arasında
informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə;
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 19 noyabr tarixli 19 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının Şahdağ Milli Parkı
haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə;
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 19 noyabr tarixli 18 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının Göygöl Milli Parkı
haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə;
"Azərbaycan Respublikasında
yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust
tarixli 106 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə;
"Azərbaycan Respublikasının
dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi"nin və
"Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi"nin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə;
"Azərbaycan Respublikasının
1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan
Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında;
"Ovçuluq haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında.