Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Sentyabr 2019


Gəncəliyev: Azərbaycanlılar bu torpaqlara qayıtmadan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan 24 iyun 2019-cu il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxış edərək, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş fikirlər səsləndirib, "bölünməz insan hüquqları, öz müqəddəratını təyin etmək hüququ"ndan danışaraq, bunları "Dağlıq Qarabağ əhalisi"nin ayrılmaz hüquqları kimi təqdim etməyə yönələn əsassız iddialar irəli sürüb. Mnatsakanyan öz çıxışında qeyd olunanlarla kifayətlənməyərək, guya "Dağlıq Qarabağ"a qarşı 1990-cı illərin əvvəllərindən həyata keçirilən "təcavüz" və oradakı "əhalinin həyatı üçün təhlükə"dən bəhs edib.

APA-nın məlumatına görə, bunu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın

BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında çıxışını şərh edərkən deyib.

Bildiririk ki, BMT-nin İnsan Hüquqları Şurası kimi mötəbər qurumda çıxış etmək imkanı əldə edən Mnatsakanyan rasional və məntiqli düşünmək qabiliyyətindən məhrum olaraq, məhz elə tribunasından istifadə etdiyi təşkilatın Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələri unudub. Bununla bağlı, Mnatsakanyanın pozulmuş yaddaşını təzələyərək ona xatırladırıq ki, BMT TŞ-nin aidiyyəti sənədlərində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməniləri" ifadəsi öz əksini tapıb. Məlum məsələdir ki, Dağlıq Qarabağın əhalisi deyərkən orada yaşayan ermənilər və azərbaycanlılar, yəni iki icmanın nümayəndələri nəzərdən keçirilməlidir. Bölgənin azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların fundamental hüquqlarını kobudcasına pozan Ermənistan tərəfi anlamalıdır ki, azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan və onların pozulmuş hüquqları bərpa olunmadan Dağlıq Qarabağın gələcəyi ilə bağlı hər hansı fikir söyləmək əsassızdır.

Yaxşı olardı ki, növbəti çıxışları zamanı Mnatsakanyan peşakarlıq naminə BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistan-Azərbycan münaqişəsi ilə bağlı sənədlərini öyrəndikdən sonra məsələyə münasibət bildirsin.

Beynəlxalq humanitar hüquqla bağlı insan hüquqlarına dair Ermənistanın istinad etdiyi sənədlərə gəldikdə isə, bəyan edirik ki, universal insan hüquqları dövlətlərin konstitusion və hüquqi çərçivələrinə zidd olmayan şərtlər daxilində həyata keçirilə bilər. Məhz bu baxımdan, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı" 2015-ci il qərarından irəli gələrək, münaqişənin beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası əleyhinə tənzimlənməsinin mümkün olmadığı bir daha qeyd olunmalıdır.

Bildiririk ki, Ermənistan rəsmi şəxsləri, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və Dağlıq Qarabağ bölgəsinin erməni icmasını əsarət altında girov kimi saxlayan separatçıların cəfəng bəyanatları münaqişənin tənzimlənməsinə xidmət etmir. Ədalətli və daimi sülhün bərqərar olması yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə mövcudluğu ilə mümkündür.

Tarix
2019.06.25 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Qəhrəmanlının qızı canlı yayımda hər şeyi açıqladı - Video

Zümrüd Yağmur boşanmaq üçün məhkəməyə müraciət etdi

Putin nəhəng kosmodromu Ərdoğana niyə təklif etdi?

Nazirimiz Səudiyyə teraktından danışdı: Təcili toplantı...

Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?

Hacıyevanın bahalı maşınlarına niyə həbs qoyuldu?

Minlərlə insanımız qətlə yetirilib - Amaşov

Uşaqlarda, hamilə qadınlarda bu xəstəlik genişlənir

Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü - Foto

"Qarabağ"da güclü futbolçular var - "Sevilya"nın çalışdırıcısı

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla