Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Avqust 2019


İran Xəzər Konvensiyasını niyə təsdiq etmir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələnilki forum Rusiyanın Həştərxan şəhərində keçiriləcək, bu hesabla növbə Bakıya da çatacaq.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb.

Analizdə avqustun 11-12-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər İqtisadi Forumundakı bir sıra vacib məqamlara diqqət yetirilib:

“Forumda sahil ölkələri Xəzər çərçivəsindəki əməkdaşlıq imkanlarından danışdılar, bəzi təkliflər səsləndi. Doğrudur, forumda xüsusi sazişlər imzalanmadı və səslənən təkliflər də hələ niyyət xarakteri daşıyır. Məsələn, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər regional logistika mərkəzinin yaradılması təklifi ilə çıxış etdi, Xəzəryanı dövlətlərin öz aralarında yaxşı nəqliyyat əlaqəsi sistemi yaratmalı olduğunu vurğuladı. Onun sözlərinə görə, region ölkələri müasir liman infrastrukturu qurmalı, effektiv logistikanı təmin etməli və nəqliyyat sahəsində əməkdaşlıq planı üzərində daha aktiv çalışmalıdırlar.

Bu iş onsuz da gedir. Məsələn Azərbaycan və Qazaxıstan Xəzər sahilində yeni limanları məhz ona görə tikiblər ki, Xəzər üzərindən nəqliyyat daşımaları artsın. Əslində regional layihələrə Türkmənistanın özünün qoşulmasına ehtiyac var. Türkmənistan prezidentinin logistik mərkəz təklifinin isə reallaşması problematikdir. Çünki Xəzərsahili ölkələr status məsələsində razılığa gəlsələr də, regional layihələrdə ortaq baxışa malik deyillər”.

Təhlildə Xəzərsahili ölkələrin regional layihələrdə ortaq mövqeyə malik olmamasının səbəbi də açıqlanıb:

“Çünki ortada fərqli regional layihələr var. Məsələn, Moskva Çin mallarının Rusiya üzərindən Avropaya daşınmasını istəyərkən, Bakı Çin və Mərkəzi Asiya mallarının Ələt limanı və Bakı-Tiflis-Qars üzrindən Avropa bazarlarına daşınmasını istəyir. Azərbaycan Rusiya və İranla şimal-cənub nəqliyyat dəhlizinin istifadəsində maraqlıdır. Bu isə başqa regional layihədir. Başqa sözlə, Azərbaycan hamı ilə bir yerdə əməkdaşlıq etməkdənsə, ikitərəfli və ya mümkün olduğu halda qruplar halında əməkdaşlığa üstünlük verir.

Elə Türkmənistandakı forumda çıxış edən Baş nazir Novruz Məmmədov Azərbaycanla Türkmənistan arasında əlaqələrin möhkəmlənməsinin vacib olduğunu bildirdi. İki ölkə arasında həllini gözləyən ən azı iki məsələ - Xəzərin dibinin bölüşdürülməsi və “Kəpəz” yatağının istifadəsinin həlli qalır”.

Analizdə Rusiya və İranın parlamentlərinin Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanı nə zaman ratifikasiya edəcəklərindən də bəhs edilib:

“Rusiyanın baş naziri yaxınlarda Konvensiyanı ratifikasiya edəcəklərini vəd etdi. Eyni vədin Türkmənistanda İran tərəfdən səsləndirilməsinə dair məlumat yoxdur.

Azərbaycan parlamenti “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı fevral ayında təsdiq edib. Rusiya da sənədi təsdiq edərsə, yerdə İran qalacaq. Bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif iyul ayının sonuna verdiyi açıqlamada demişdi ki, lazımi prosedurdan sonra Konvensiya təsdiq üçün parlamentə göndəriləcək.

Görünür, İranın ali dini lideri ilə Milli Təhlükəsizlik Şurasının ratifikasiya üçün razılıqları lazımdır”.

Mərkəzin təhlilində İran parlamentinin ratifikasiyasının gecikməsindən İran rejiminə müxalif olan qüvvələrin istifadə etməyə çalışdığı bildirilib:

“1979-cu il inqilabından sonra atasıyla ölkədən qaçan Məhəmməd Rza Pəhləvinin oğlu mühacirətdə yaşadığı ABŞ-dan Tehranın Xəzərin hazırkı şəkildə bölüşdürülməsinə etiraz edib. Guya atasının vaxtında İranın Xəzərdəki payı daha çox idi, indi azaldı. Pəhləvi bunu deyərkən SSRİ adlı dövlətin var olmadığını və Xəzər sahilində yeni ölkələrin mövcudluğunu unudub. Pəhləvi “İranın payı Xəzərdə azaldı” deyərkən ümid edir ki, onun bir qrup tərəfdarı Tehranda fəallaşa bilər. Onun bütün açıqlamaları ailə hakimiyyətinin İrana geri dönüşü ümidlərinə hesablanıb.

Konvensiyanın imzalanması və ratifikasiyası indiki şəraitdə birinci növbədə İranın maraqlarına xidmət edir. İranı ABŞ sanksiyalarından qurtara biləcək qonşu ölkələrlə ikitərəfli və regional əməkdaşlığı genişləndirməsidir. İrandakı hakimiyyət 22 il danışıqları uzatdıqdan sonra Xəzərin statusuyla bağlı Konvensiyanı məhz ötən il ona görə imzaladı ki, Ağ Ev administrasiyasının yeni sanksiyaları fonunda qonşu ölkələrlə əməkdaşlığa ehtiyacı var idi”.

Tarix
2019.08.13 / 10:24
Müəllif
Büllurə Yunus
Şərhlər
loading...
Digər xəbərlər

Şok faktlar: “Qazıyev dedi ki, Aparatı bombalatdıracaq” - Video

Bakı və İrəvan arasında gərginlik artır: nələr olacaq? – Təhlil

Ermənilər narahatdır: Paşinyan onları hara aparır?

ABŞ seçim qarşısında: münaqişədə kimi seçəcək?

Ordumuzun bu ərazini nəzarətə götürməsi... - General danışdı

Markov: Dağlıq Qarabağ Azərbaycanındır - Video

Patruşev Putinin İrəvana hansı mesajını aparıb? - Politoloq

Bakı Rusiyaya nota verdi: Səfirimiz səfərdən imtina etdi

İrəvan maskasını atdı: əsl siması... - XİN sözçüsü

Polis: Bakıdakı oyunda Ermənistan bayrağı... - Video

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla