Yuxarı

Ermənistanla sərhəddə yeni ərazilərə nəzarət... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanla sərhəddə yeni ərazilərə nəzarət... - Deputat

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsi başlanan prosesin davamıdır. Azərbaycan ordusu bundan əvvəl də müəyyən əraziləri nəzarətə götürüb. Bu proses davam edir. Bilirsiniz ki, qarşı tərəfdə kəndlərimiz var, yandırılıb... Bir sözlə, biz hazırlaşmalıyıq, torpaqlarımızı işğaldan azad etmək üçün hazır vəziyyətdə olmalıyıq.

Bunu Report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov xatırladıb ki, bir neçə gün öncə gənc əsgərlərin andiçmə mərasimində iştirak edib:

“Yeməkxanalara baxış keçirdik. Xüsusi ilə qeyd etmək istərdim ki, hərbi hissələrdə bəzi işlərin mülki şəxslərə tapşırılması çox önəmlidir. Çünki o işləri əsgərlər görməməlidir. Məsələn, yeməklərin bişirilməsi və s. işlər bura daxildir”.

YAP rəsmisi bildirib ki, Azərbaycan ordusu yüksək səviyyədə qurulub: "Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə hər bir məsələ öz həlini tapır. Bu, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də əsgərlərin döyüş ruhunun artırılması işində görünür. Hərbi hissələr ərzaq təminatı ilə ən yüksək səviyyədə təmin olunur".

S.Novruzov vurğulayıb ki, Müdafiə Nazirliyində dəyişiklikdən sonra nazirliyin rəhbər heyəti hərbi hissələrə mütəmadi baxış keçirir, ön xəttə gedirlər:

"Bu, əsgərləri də, valideynləri də ruhlandırır. Ordu haqqında yazılan neqativ yazılar yalandan, böhtandan ibarətdir. Azərbaycan ordusunda inkişaf göz qabağındadır. Yəni Azərbaycan ordusu NATO standartlarına tam uyğundur. Bu proses davam etdirilir”.

Tarix
2019.08.14 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla