Yuxarı

Göstəriş gəldi ki, Ağdamı boşaldın - Erməni general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Göstəriş gəldi ki, Ağdamı boşaldın - Erməni general

00:03

Ermənistan hakimiyyətinin bu gün Qarabağla bağlı seyr etdiyimiz siyasəti tam olaraq Levon Ter-Petrosyanın bu münaqişə haqda proqramının davamıdır. Onun məşhur sitatını yada salaq: “Serqocan, biz Qarabağı qaytarmasaq, pis gündə yaşayacağıq”.

Axar.az xəbər verir ki, bu sözləri ehtiyatda olan erməni generalı Vitali Balasanyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, o, Azərbaycanın Ağdam şəhərini işgal edən erməni əsgərlərinə başçılıq edib.

“Mən Ağdama hücuma keçən hərbi birləşmənin komandiri idim. Bizə o vaxtkı hakimiyyət tərəfindən tapşırıq gəldi: “Ağdama girməyin!” Amma mən bu qərara fikir verməyib, hücuma keçdim. Fürsəti əldən vermək olmazdı. Biz bir günə Ağdamı öz nəzarətimiz altına aldıq. Demək olar ki, hər gün hakimiyyətdən telefonoqramlar gəlirdi: "Ağdamı boşaldın!" Onu demək istəyirəm ki, Ter-Petrosyanın Qarabağla bağlı planı başqadır və hazırkı hakimiyyət bu yola davam edir. Paşinyan Qarabağı qaytarmaq istəyir”, - Balasanyan qeyd edib.

Erməni generalın fikrincə, Dağlıq Qarabağa Azərbaycan bayrağı altında geniş muxtariyyət veriləcək.

Tarix
2019.10.16 / 09:46
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla