Yuxarı

Prezidentin məmurlara xəbərdarlığı: yeni era başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin məmurlara xəbərdarlığı: yeni era başlayır

İslahatları zəruri edən şərtlər Azərbaycan iqtisadiyyatının inkişafı, onun böyüməsi və qlobal iqtisadi çağırışlar kontekstində özünü yeniləməsi və rəqabət qabiliyyətini artırılması kontekstində qəbul edilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyevin apardığı kadr islahatları ilə bağlı danışarkən deyib. O bildirib ki, hazırda gedən kadr islahatları indiyə qədər həyata keçirilən islahatların nəticəsində mümkün oldu:

“Göründüyü kimi, bu yeni fəlsəfənin özü Azərbaycan iqtisadiyyatının önündə yeni üfüqlər açır. Eyni zamanda, təyin olunan yeni kadrların qarşısında yeni vəzifələr müəyyənləşdirir ki, bu da olduqca vacibdir. Azərbaycan Respublikasının Prezidenti inzibati resursların və məmurların iqtisadi proseslərə müdaxiləsini də sərt şəkildə tənqid etdi. Düşünürəm ki, bu da əslində nəticə çıxarmalı olan qurumlar və məmurlar üçün olduqca ciddi bir xəbərdarlıq idi. Həmçinin, Prezident iqtisadi müstəqilliyin əsas faktor və dövlətin siyasi müstəqilliyini təmin edən başlıca məqam olduğunu diqqətə çatdırdı. İqtisadiyyatı olmayan, özünü təmin edə bilməyən ölkə şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində də müəyyən təzyiqlərə məruz qalır ki, bu da eyni zamanda ölkənin müstəqil siyasi qərarlar qəbul etməsini məhdudlaşdırır. Azərbaycan üçün müstəqillik olduqca vacibdir, siyasi müstəqillik isə birbaşa iqtisadi müstəqilliklə bağlıdır”.

Millət vəkili qeyd edib ki, bütövlükdə Azərbaycanda idarəetmə sistemi tarixində yeni nəsil dəyişməsi baş verir, yeni era başlayır:

“İstər-istəməz yaşın gətirdiyi bir mühafizəkarlıq, bir lənglik var ki, bu təbii bir prosesdir. Ona görə də vaxtaşırı milli inkişafı təmin etmək üçün bu cür islahatların aparılması vacib şərt kimi ortaya çıxır ki, Azərbaycanda da hazırda bu proses baş verir və bu proses təkcə indiki tarixi mərhələdə keyfiyyət dəyişikliyi yaratmaqla bitməyəcək, özündən sonrakı mərhələnin də inkişafını təmin etmək üçün fundamental əsaslar yaradacaqdır”.

Tarix
2019.10.24 / 15:22
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Prezident Mikayılovu buna görə işdən azad edib - Cinayət

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla