Yuxarı

Kirill Bakıda “Jen Mironosits” kilsəsini ziyarət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirill Bakıda “Jen Mironosits” kilsəsini ziyarət etdi - Foto

Bakıda keçirilən Dünya Dini Liderlərinin Sammitində iştirak edən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan paytaxtındakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində ayin keçirib.

Axar.az xəbər verir ki, patriarx Kirillə görüşə təkcə Azərbaycanın xristianları deyil, həm də dövlət nümayəndələri, diplomatik korpusların təmsilçiləri, mədəniyyət xadimləri gəliblər. Onların arasında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və digər rəsmi şəxslər olublar.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein patriarx Kirillə müraciət edərək qeyd edib ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı 2010-cu ildə bu kilsədə keçirilən ayində iştirak edib. O, mitropolit Nikolay Yeruşeviçə məxsus olan müqəddəs ripidləri patriarx Kirillə təqdim edib.

Patriarx Kirill qeyd edib ki, “Jen Mironosits” pravoslav kafedral kilsəsinə xüsusi hisslərlə qədəm qoyub. O, Bakıda fəaliyyət göstərən bu kilsənin yüksək səviyyədə restavrasiyasından məmnunluğunu ifadə edib. “Mən bu kilsədə çoxlu iş görüldüyünün, Azərbaycanda kilsə fəaliyyətinin necə inkişaf etdiyinin şahidi oldum”, -deyə Moskvanın və Bütün Rusiyanın Patriarxı vurğulayıb.

Sonra Rus Pravoslav Kilsəsinin mükafatları təqdim olunub. Azərbaycan Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelinə II dərəcəli Müqəddəs Serqi Radonejski ordeni, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova isə Patriarx Fəxri Fərmanı təqdim edilib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xormeysteri Vaqif Məstanov III dərəcəli Müqəddəs Knyaz Daniil Moskovski ordeni, Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova və Arxangel məbədi xorunun rəhbəri Kristina Əfəndiyeva Böyük Moskva Knyaginyası Müqəddəs Yefrosinya ordeninə layiq görülüblər.

Patriarx Kirill daha sonra Bakının müqəddəs himayədarı Apostol Varfolomey ikonasını “Jen Mironosits” pravoslav kafedral kilsəsinə hədiyyə edib.

Tarix
2019.11.15 / 01:21
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla