Yuxarı

Bizimlə anlaşdığı üçün bu ölkəni təhdid edirlər - Ərdoğan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizimlə anlaşdığı üçün bu ölkəni təhdid edirlər - Ərdoğan

Ölkəmiz nə öz hüququnun, nə də Kipr türkünün maraqlarının tapdanmasına icazə verməz.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 30-da Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində söyləyib.

"Aralıq dənizinin şərqində uzun dəniz sahillərinə sahib olan bir ölkəni kənarlaşdıraraq layihələr həyata keçirməyə çalışmaq onsuz da mümkün deyil. Hazırda ən son texnologiyalara sahib iki qazma gəmimiz – “Fateh” və “Yavuz” ilə iki seysmik araşdırma gəmimiz bölgədə fəaliyyətlərini davam etdirir. Biz onların çığır-bağırı ilə bu gəmilərimizi oradan çəkməyəcəyik. Onlar hazırda orada öz vəzifələrini yerinə yetirirlər və yetirməkdə davam edəcəklər. Gəmilərimizin və heyətlərimizin təhlükəsizliyi isə Dəniz Qüvvələrimiz tərəfindən ən yüksək səviyyədə təmin edilir. Bu gəmilərin həyata keçirdiyi fəaliyyətlərin qısa müddətdə bəhrə verəcəyinə inanıram. Bilirsiniz, indi Liviya ilə də anlaşma əldə etdik. Liviya ilə əldə etdiyimiz bu anlaşma parlamentimizdə təsdiq olunduqdan sonra həmin işi xeyli fərqli səviyyəyə çatdıracağıq. İndi nə edirlər? Liviyanı təhdid etməyə başlayıblar. Bu anlaşma əldə edildi. İndi bu anlaşmanın digər hissələri də eyni qaydada tətbiq ediləcək. Bizim qazma işlərimizdən münaqişə və qan deyil, sülh və rifah püskürəcəkdir", - Ərdoğan vurğulayıb.

Tarix
2019.12.01 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla