Yuxarı

Prezidentdən nazirə: Gələndə gördüm ki, yolboyu...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən nazirə: Gələndə gördüm ki, yolboyu...

Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın filosof şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə mütəfəkkirin anadan olduğu Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev keçirilən aksiya barədə məlumat verib, daha sonra Prezidentin suallarını cavablandırıb:

Prezident İlham Əliyev: Şamaxıda neçə min ağac əkilir?

Muxtar Babayev: Şamaxıda 50 min. Bakıda, Naxçıvanda, Sabirabad və Saatlı rayonlarının hər birində də 50 min ağac əkiləcək.

Prezident İlham Əliyev: Şamaxıda neçə yerdə ağac əkilir, ancaq burada?

Muxtar Babayev: Şamaxıda 10-12 yerdə əkilir. Bizim aksiyamızın keçirildiyi ərazi 5 hektardır.

Prezident İlham Əliyev: Hansı ağaclar əkilir?

Muxtar Babayev: Burada əsasən tuya və Eldar şamı. Amma, bütövlükdə 38 növ ağac paylanılıbdır. Əsasən meyvə ağaclarıdır ki, insanlar həm də meyvə götürsünlər.

Prezident İlham Əliyev: Ağaclar bölgələrin iqliminə uyğun olmalıdır.

Muxtar Babayev: Əlbəttə, nəzərə almışıq.

Prezident İlham Əliyev: Abşeronda yəqin ki, zeytun əkilir?

Muxtar Babayev: Abşeronda əsasən zeytundur, badamdır. Burada isə əsasən Eldar şamıdır. Əkilən ağaclar əsasən damcı üsulu ilə suvarılacaq. Bu sistem artıq Sabirabadda, Şamaxıda qurulur. Digərlərində ağaclar hələ ki ənənəvi üsulla suvarılacaq.

Prezident İlham Əliyev: Ancaq qulluq etmək lazımdır. Mən gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub.

Muxtar Babayev: Quruyan ağacların hamısı mütləq dəyişdiriləcək, onlara qulluq olunacaq. Ümumiyyətlə, aksiya səhər tezdən başlayıb. Bir neçə gündür hazırlıq işləri görülübdür. Bütün rayonlarda bu işlər çox böyük əhval-ruhiyyə ilə görülür və günün sonuna bizim hesabatımız olacaq.

Prezident İlham Əliyev: Çox yaxşı.

Tarix
2019.12.07 / 00:16
Müəllif
Axar.az
Digər xəbərlər

Şevçenko: Türkiyə nüvə ölkəsinə çevrilir

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla