Yuxarı

Azərbaycan və İran neftlə bağlı protokol imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və İran neftlə bağlı protokol imzaladı

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Şirkətin dəvəti ilə Bakıda işgüzar səfərdə olan İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun vitse-prezidenti Əmir Abbas Hüseyni və Neft mühəndisliyi araşdırma mərkəzinin direktoru Ezatallah Kazımzadəni qəbul edib.

Axar.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı X.Yusifzadə iki dövlətin dostluq əlaqələrindən, neft sənayesi mütəxəssisləri arasında yaranmış münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışıb, əməkdaşlığın konkret istiqamətləri və gələcək planların tərtib edilməsi tapşırığını verib. Bildirilib ki, səfər çərçivəsində 2014-ci ilin sentyabrında ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" və İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat institutları arasında imzalanmış qarşılıqlı anlaşma memorandumun icrasının müzakirəsi məqsədilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunda və şirkətin digər qurumlarında görüşlər keçirilib. Hər iki tərəfin imkanlarını əks etdirən bir sıra prezentasiyalar təqdim edilib, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və "Neftqazelmitədqiqatlayihə" İnstitutu arasında əməkdaşlığın imkanları haqqında təkliflər hazırlanıb.

İşgüzar səfərin sonunda İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.

Tarix
2015.02.05 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Serbiyaya səfəri gözlənilir

Natalya Petkeviç Füzuliyə getdi - Foto

Mehriban Əliyeva Türkiyəni belə təbrik etdi - Foto

Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşdü

Milli Məclisdə beynəlxalq parlament konfransı başladı

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla