Yuxarı

“Bu, Qərbin iki dövləti tələyə salmaq üçün qurduğu plandır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu, Qərbin iki dövləti tələyə salmaq üçün qurduğu plandır”

"Rusiya bundan sonra heç vaxt Krımdan çıxan deyil".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib. Politoloq fevralın 11-də baş tutacaq Minsk görüşü ilə bağlı iki önəmli məqamı xüsusilə vurğulayıb:

"Burada əsas məsələ atəşkəsin imzalanması və Rusiyanın separatçılara hərbi dəstəyini geri çəkməsidir. Rusiya isə bunu etməyəcək. Bu dəqiqdir. Ancaq atəşkəsin imzalanıb-imzalanmayacağı sual altındadır. Buna dəqiq cavab vermək çətindir. Atəşkəs imzalansa belə, buna riayət olunmayacaq. Rusiya Qərbin mövcud sanksiyalarına dözür və hətta öz aqressiyasını da ortaya qoyur. Burada əsas həlledici məqam ondan ibarətdir ki, Qərb Rusiyaya qarşı sanksiyaları nə qədər artırsa da, istədiyi o həlledici zərbəni hələ də vura bilməyib. Vura bilmədiyi üçün də indi Minsk görüşünü təşkil edib. Bunun Ukrayna böhranının həllində heç bir müsbət təsiri və nəticəsi olmayacaq. Qərbin buradakı rolu daha çox bir oyundan ibarətdir. Qərb bu oyunla Rusiya və Ukraynanı getdikcə daha dərin müharibə bataqlığına çəkməklə Rusiyanı zəiflətmək istəyir. Düzdür, burada dağılan Rusiya deyil, Ukraynadır".

Politoloq bu görüşün Qərb tərəfindən Rusiyaya qarşı qurulmuş növbəti bir tələ olduğunu bildirib:

"Fikir verin, Rusiya Ukraynaya qarşı apardığı müharibəyə görə müxtəlif sanksiyalara məruz qalıb. Bu, Rusiyanı zəiflədib. Ancaq nəticə etibarilə heç nə dəyişmir. Sanki bu, Rusiya və Ukraynanın tələyə düşməsi üçün qurulmuş bir plandır. İndi vəziyyət belə davam edir. Buna görə də mən bu yaxınlarda sülh əldə olunacağına inanmıram. Əksinə, bu uçurum və böhran daha da böyüyəcək. Çünki rəsmi bəyan edilməsə də, faktiki olaraq müharibə gedir".

Xatırladaq ki, bu gün Rusiya, Fransa, Almaniya və Ukrayna liderlərinin Berlində növbəti görüşü gözlənilir.

Tarix
2015.02.10 / 22:40
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla