Yuxarı

Tədris Mərkəzindən müdhiş fırıldaq: DİN hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tədris Mərkəzindən müdhiş fırıldaq: DİN hərəkətə keçdi

Son günlər bəzi kütləvi informasiya vasitələrində respublikanın müxtəlif bölgələrində çoxsaylı vətəndaşların özünü "T group" adlandıran Tədris Mərkəzinin rəhbərliyi tərəfindən aldadılması, onlara qarşı dələduzluq edilməklə külli miqdarda pullarının mənimsənilməsi barədə məlumatlar yayılmaqdadır.

Axar.az xəbər verir ki, bu sözlər DİN mətbuat xidmətinin yaydığı məlumatda əskini tapıb. Məlumatda bildirilir ki, aldadılmış vətəndaşlardan bir qrupunun müraciəti əsasında Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır:

"Araşdırmalarla müəyyən olunub ki, "Tağıyev LTD" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri Pərvanə Tağıyeva və Ülkər Sanılı vətəndaşların etibarından sui-istifadə edərək, işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edib və müxtəlif məbləğdə pullarını sonuncunun "Acessbank"dakı hesabına köçürtdürməklə həmin vəsaitləri ələ keçiriblər.

Onların hər ikisi şübhəli şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri ilə Ülkər Sanılının cari ilin ötən dövründə 22 nəfər Ağcabədi rayon sakininin etimadını qazanaraq onların 20.000 manata yaxın pullarını mənimsəməsi də sübuta yetirilib".

Sonda DİN vətəndaşların nəzərinə çatdırıb ki, cinayət işi üzrə ibtidai araşdırma Nazirlikdə davam etdiriləcək:

"Bununla bağlı zərərçəkmiş şəxslərdən Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmələri xahiş olunur".

Tarix
2015.02.13 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla