Yuxarı

Növbəti erməni təxribatının qarşısı alındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Növbəti erməni təxribatının qarşısı alındı

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu günlərdə Küveyt Universitetində təşkil olunan sərgi çərçivəsində Ermənistan tərəfinin təxribata əl atdığı barədə məlumatla bağlı Azərtac-ın sorğusunu cavablandırıb.

Axar.az xəbər verir ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Fevralın 9-da Küveyt Universitetinin Neft və mühəndislik fakültəsi tərəfindən təşkil olunan mədəniyyət festivalının açılışı olub. Əsasən universitetdə təhsil alan tələbələrin təmsil etdiyi 30-a yaxın dövlətin səfirliyinin, o cümlədən Azərbaycanın Küveytdəki səfirliyinin qatıldığı bu festival çərçivəsində ölkəmizin mədəniyyəti, turizm imkanları və s. barədə məlumatlar, nəşrlər, suvenirlər təqdim olunub. Festivala ölkəmizin Küveytdəki səfirliyinin əməkdaşları ilə yanaşı, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri qatılıblar. Ermənistan stendində bu ölkənin səfirliyi tərəfindən Azərbaycana qarşı təxribat törədilərək, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz qurumun təşviq edilməsi cəhdi aşkarlanıb. Səfirliyimizin əməkdaşlarının məsələ ilə əlaqədar müdaxiləsindən sonra Ermənistan stendindəki saxta “xəritələr” aradan qaldırılıb və universitetin rəhbərliyi baş vermiş insidentə görə Azərbaycan tərəfindən üzr istəyib.

Təəssüflə qeyd etmək itərdik ki, işğalçı Ermənistan tərəfi müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən sərgi və festivallarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaratdığı qeyri-qanuni rejimi təbliğ etməyə cəhdlər göstərir. Lakin bu kimi cəhdlər uğursuzluğa düçardır. Belə ki, bu cür qanunsuz təbliğat cəhdləri tərəfimizdən aşkarlandığı halda dərhal onların qarşısı alınır”.

Tarix
2020.02.10 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla